Son Xəbər: Azərbaycanla Özbəkistan arasında geoloji kəşfiyyat üzrə birgə müəssisə yaradılır, Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər, Nazirlər Kabinetində 2029-cu il əhalinin siyahıyaalınmasına həsr olunan iclas keçirilib, Şənbə günü Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq, İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib, İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib, Peter Pelleqrini Bakı haqqında: Qız qalası yaxınlığındakı küçələr xoşuma gəlir, DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlanıb, Çin Səfirliyi: Pekin ABŞ-dəki seçkilərə müdaxilə etməyib, Bakının bir sıra yollarında tıxac yaranıb,

Bu gündən uşaq bağçalarına elektron qəbul başlayır

Bu gündən uşaq bağçalarına elektron qəbul başlayır

Tarix: 18-07-2022, 11:08


Bu gün saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesinə start verilir.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, proses 14 sentyabr tarixinədək davam edəcək. Uşaqların qəbulu “Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi” (www.bq.edu.az) vasitəsilə həyata keçiriləcək. Belə ki, valideynlər sistem üzərində qeyd edilən tarix və saatdan etibarən elektron kabinet yaratmaq imkanı əldə edəcəklər.

İyulun 22-dən Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan şəhər və rayonlar üzrə (Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab), iyulun 26-dan Bakı şəhəri, avqustun 2-dən isə ölkə üzrə bütün valideynlər uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulu ilə bağlı növbəyə yazıla biləcəklər.

Valideyn (qanuni nümayəndə) tərəfindən yerləşdirilmiş növbələr 1 ay müddətində boş yerlər olduğu halda sorğuya çevriləcək. Valideyn (qanuni nümayəndə) sorğusu qəbul edildikdən sonra 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu sistem tərəfindən silinəcək və növbəli şəkildə başqa uşağın qəbulu aparılacaq.

Qeyd edək ki, elektron qəbul sistemi 15-21 sentyabr 2022-ci il tarixlərində qrupların komplektləşdirilməsi səbəbindən müvəqqəti dayandırılacaq. Komplektləşmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR