Son Xəbər: Sahibə Qafarovaya Gürcüstan Parlamentinin Fəxri medalı təqdim edilib, Əhalinin orta aylıq xərcləri 662 manata yüksəlib, Naxçıvan iqtisadiyyat nazirinə yeni müavin təyin edilib, Cəbrayılda növbəti əmək yarmarkası keçiriləcək, Prezident deputatı “Şöhrət” ordeni ilə təltif etdi, Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinə sədr müavini təyin edilib, İlham Əliyev Türkiyəyə işgüzar səfər edib, Şahin Mustafayev: "Biz Rusiya ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqik", “Teleradio”ya yeni rəhbər təyin edilib, Sahibə Qafarova Parlamentlərarası İttifaqının 152-ci Assambleyasının açılışında iştirak edib,

17 ildir işləyən “Günəş” bazarı sökülür? - Fotolar

17 ildir işləyən “Günəş” bazarı sökülür? - Fotolar

Tarix: 19-07-2022, 18:39

 

17 ildir fəaliyyət göstərən “Günəş” Ticarət Mərkəzinin söküləcəyi ilə bağlı məlumatlar yayılıb. 

Sosial şəbəkələrdə yayılan xəbərlərə əsasən, buna səbəb Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən bazarın sahibinin həmin ərazini satmasıdır.

İllərdir burada çalışan satıcılar “APA TV”yə açıqlamalarında bildiriblər ki, ilk gündən büdcəyə vergi ödəyirlər, bütün kommunal ödənişlər də vaxtlı-vaxtında həyata keçirilir. Onların sözlərinə görə, baxmayaraq ki, sözügedən bazarın ətrafında kifayət qədər boş ərazilər, hətta yarımtikililər var, “Günəş” Ticarət Mərkəzinin rəhbərliyi məhz bu ərazini hədəf kimi seçib. Bundan əlavə, onlar iddia edir ki, sentyabr ayının 1-nə qədər vaxt qoyulub. Satıcılara bazarın buldozer vasitəsilə dağıdılacağı deyilib. 

Problemlə bağlı Suraxanı Rayon İcra Hakimiyyəti ilə də əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, bu ərazidə söküntü və yeni tikintiyə icazə verilməyəcək: “Biz sahibkarların marağını qoruyuruq. Ümumiyyətlə orada heç bir söküntü işi aparılmayacaq. Sahibkarlarla da görüşülüb. Məsələ ilə bağlı bizə nə arxitekturadan, nə də “Günəş” Ticarət Mərkəzinin sahibi məlumat verir. Hansı ki, bu işə onlar cavabdehdir. Orada sahibkarların marağı qorunacaq. Mütləq şəkildə onların fikirləri nəzərə alınacaq. Rayon icra hakimiyyəti orada heç bir şəkildə tikintiyə icazə verməyəcək”.

Qeyd edək ki, 17 ildir fəaliyyət göstərən bu ticarət obyektində nisbətən ucuz kənd təssərrüfatı məhsulları ilə yanaşı, tikinti materialları, geyim, məişət avadanlıqlarının satışı həyata keçirilir. Həftəsonu isə bu ticarət obyektində kənd təssərrüfatı məhsullarının yarmarkası təşkil olunur.

Lamiyə Məmmədova

“Global Photo Stock”un əməkdaşı ərazidən fotolar lentə alıb. Həmin fotoları təqdim edirik:
17 ildir işləyən “Günəş” bazarı sökülür? - Fotolar










RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR