Son Xəbər: Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub, Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir - TƏHLİL, İmişlidə zəlzələ olub, Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir, İlham Əliyev Donald Trampı təbrik edib, Hərbi vəzifəlilər təlim toplanışında praktiki atış çalışmaları icra ediblər, Neftin qiyməti 72 dolları ötüb, DÇ-2026: 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib, İctimai etimadın zirvəsində: İlham Əliyevin liderliyinə yüksək dəstəyin səbəbləri - ŞƏRH, Bakıda keçiriləcək dünya çempionatının rəsmi loqosu ictimaiyyətə təqdim olunub,

"MEDİA-nın dəstək verdiyi qəzetlərdə əsaslı dəyişiklik özünü göstərir" - Əhməd İsmayılov

"MEDİA-nın dəstək verdiyi qəzetlərdə əsaslı dəyişiklik özünü göstərir" - Əhməd İsmayılov

Tarix: 20-07-2022, 12:07

 “İKT-nin sürətli inkişafı ilə müşayət olunan dəyişimlər qəzetlərə münasibətdə xüsusi və həssas yanaşma tələb edir ki, MEDİA Agentliyi də bu çağırışlardan çıxış edərək yeni trendlərə uyğunlaşma prosesində çap mediasına dəstəyini davam etdirir”,

Bunu Azərtac-a müsahibəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib. 

O, qeyd edib ki, dövlət dəstəyinin məqsədi çap mediası subyektlərinin yalnız biznes strukturu kimi formalaşmasına yardım etmək deyil, texniki imkanlar baxımından onlayn media ilə bərabər olmayan rəqabət şərairində ciddi fikir tribunası kimi qəzetlərin ayaqda qalmasına kömək göstərməkdir. “Başqa sözlə desək, dövlət yazılı medianın timsalında Azərbaycan dilinin inkişafına, ənənəvi publisistik düşüncənin yaşamasına və eyni zamanda cəmiyyətdə plüralizmin möhkəmlənərək sərhədlərinin genişlənməsinə dəstək göstərir. MEDİA Agentliyi keçən ilin ikinci yarısında qəzetlərə dəstəyin yeni mexanizmini tətbiq etdi ki, bunun da keyfiyyət dəyişikliyinə gətirib çıxaracağını, ənənəvi mediadan yeni media müstəvisinə konvergensiya prosesisini sürətləndirəcəyini hesablamışdıq”.


Ə İsmaylov qeyd edib ki, MEDİA Agentliyinin dəstək verdiyi 6 gündəlik, 10 həftəlik olmaqla bütün qəzetlərdə, habelə onların eyni adlı veb-saytlarında əsaslı dəyişiklik, müasirləşmə özünü göstərir. 

“Bir sıra qəzetlərimiz ənənəvi A3 formatı dəyişərək yeni tərtibatda B2 formata keçimişlər, qəzetlərin əksəriyyəti artıq tam rəngli nəşr olunmaqdadırlar. Elə çap mediası subyeyktlərimiz var ki, tərtibatı əsaslı formada dəyişilib, köhnə forma və qəlblərdən imtina olunub. Məsuliyyətlə deyə bilərik ki, çoxşaxəli konvergensiya prosesinin ayrılmaz elementi olan qəzet saytlarının yenidənqurulması prosesi artıq başa çatmışdır. MEDİA Agentliyi ümumi dəstək zərfində qəzet saytlarının inkişaf etdirilməsini öhdəlik kimi irəli sürmüş və bunun üçün birfəlik vəsait ayımış, eyni zamanda aylıq dəstək göstərməkdə də davam edir. Əksər qəzetlərimizin saytları ya yenidən qurulmuş, ya da əsaslı şəkildə dəyişilmişdir və bunu nəticəsi olaraq deyə bilərik ki, qəzet saytları onlayn media subyektlərindən geri qalmır, əksinə məzmun yaratmaq, əhəmiyyətli kontent vermək baxımından fərqlənə bilirlər. Yazılı medianın müasir simasının formalaşması yönümündə konseptual yanaşmamız gələcəyə hesablanıb, ona görə bu proses davamlı xarakter daşıyır. Hazır qəzet mətnlərinin saytlara yüklənməsi hələ yeni media demək deyildir. İrəlidə müasir qəzetçiliyin yazı üslubu, ənənəvi mətnlərdən “hipermətn”lərə keçid, mövzu təqdimatı, qəzet məhsulunun tək yazılı deyil müxtəlif versiyalarda hazırlanıb populyarlaşdırılması və s. kimi sırf jurnalist yaradıcılığı ilə bağlı məsələlərin həllinə nail olmalıyıq. Bu gün Azərbaycanın media subyektləri arasında hansı formatda çıxmasından asılı olmayaraq qəzetlərin intellektual potensialı yüksəkdir”, - deyə İcraçı direktor bildirib. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR