Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Həmişə gecikən Putin bu dəfə Ərdoğanı gözləməli oldu - Video

Həmişə gecikən Putin bu dəfə Ərdoğanı gözləməli oldu - Video

Tarix: 20-07-2022, 19:52

 

Xəbər verdiyimiz kimi, iyulun 19-u Tehranda Rusiya və Türkiyə Prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.

Mediabiz.az  xarici mediaya istinadən xəbər verir ki, görüşdən əvvəl Putinin türkiyəli həmkarını gözləməsini əks etdirən videogörüntülər gündəmə çevrilib. Belə ki, Putin görüş otağına Ərdoğandan əvvəl gəlib və təqribən 50 saniyə ərzində həmkarının gəlişini gözləyib. Kameralar isə həmin dəqiqələrdə Putinin reaksiyalarını yaxından izləyib.

Xarici media yazır ki, Vladimir Putin görüşlərə gecikməsi xüsusiyyəti ilə məşhurdur. Bildirilir ki, o, müxtəlif vaxtlarda Roma papası Fransisk, ABŞ-ın keçmiş Prezidenti Donald Tramp, Birtaniya kraliçası II Yelizaveta və digərləri ilə görüşlərə gecikib. Rusiya liderinin hətta bəzi görüşlərə bir neçə saat gecikdiyi də qeyd olunub. Tehranda isə Putin Ərdoğanı gözləməli olub.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR