Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Baş Dövlət Yol Polisi İdarəsinə yeni rəis gətirilir – EKSKLÜZİV

Baş Dövlət Yol Polisi İdarəsinə yeni rəis gətirilir – EKSKLÜZİV

Tarix: 23-07-2022, 12:11

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov işdən çıxarılır.

Index.az-ın əldə etdiyi məlumata görə, Ramiz Zeynalov pensiya yaşı ilə əlaqədar istefaya göndərilir.

Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Ramiz Zeynalovu hal-hazırda Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının rəisi Səhlab Bağırov əvəz edəcək.

Onu da əlavə edək ki, təhvil-təslim  prosesinə start verilib.

Təyinatın 1 ay ərzində baş tutması gözlənilir.

Bəs 28 ildir Baş Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsini icra edən Ramiz Zeynalov kimdir?

O, 1976-cı ildən Azərbaycan SSR Daxili İşlər Nazirliyində inspektor, Cinayət Axtarışı İdarəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisi, şöbə rəisi, Baş Nəqliyyat Polis İdarəsi rəisinin əməliyyat üzrə müavini, həmin idarənin rəisi, 1994-cü ildə isə Azərbaycan Respublikası DİN Xüsusi İnspeksiyasının rəisi vəzifələrində çalışıb. 1994-cü ilin avqust ayından etibarən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi olub.

Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2003-cü il tarixli Fərmanı ilə “polis general-mayoru” rütbəsi verilib. 1995-ci ildə “İgidliyə görə” medalı, 2006-cı ildə isə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Ramiz Zeynalovun yerinə gələn rəis Səhlab Bağırov isə, 1994-cü ildən daxili işlər orqanlarında müxtəlif məsul vəzifələrdə xidmət edib.

Nərimanov Rayon Polis İdarəsinin, Baş Cinayət Axtarış İdarəsinin, Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, DİN-ə bilavasitə tabe olan Çevik Polis Alayının komandiri, 2011-2019-cu illərdə isə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifələrində çalışıb.

2019-cu ilin yanvar ayından AR Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayının komandiri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2013-cü il tarixli Sərəncamı ilə Səhlab Bağırova “Polis general-mayoru” ali xüsusi rütbəsi verilib.

2002-ci ildə «İgidliyə görə» medalı, 2011-ci ildə “Azərbaycan bayrağı” ordeni, 2015-ci ildə isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR