Son Xəbər: Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib,

Ukraynadan taxıl ixracının vaxtı məlum oldu

Ukraynadan taxıl ixracının vaxtı məlum oldu

Tarix: 25-07-2022, 20:03

 

Taxıl ixracının başlanması bu həftə başlayacaq.

Bunu Ukraynanın İnfrastruktur Nazirinin müavini Yuri Vaskov Kiyevdə keçirdiyi brifinq zamanı bildirib.

“İnanırıq ki, yaxın 24 saat ərzində limanlarımızdan kənd təsərrüfatı məhsullarının ixracının bərpası üzərində işləməyə hazır olacağıq. Söhbət "Çernomorsk" limanından gedir - bu, birinci olacaq. Daha sonra “Odessa” limanı və “Pivdennıy” limanından taxıl ixrac ediləcə". -  Yuri Vaskov Kiyevdə deyib.

Xatırladaq ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü problemini həll etmək üçün sənədlər paketi imzalanıb. Rusiya və BMT arasında memorandum dünya təşkilatının kənd təsərrüfatı məhsulları və gübrələrin ixracına mane olan anti-Rusiya məhdudiyyətlərinin aradan qaldırılması işində iştirak etdiyini təsdiqləyir. Digər sənəd Ukraynanın nəzarətində olan Qara dəniz limanlarından taxıl ixracı mexanizmini müəyyən edir. Rusiya, Türkiyə, Ukrayna və BMT arasında sazişlər dördtərəfli koordinasiya mərkəzinin yaradılmasını nəzərdə tutur ki, onun nümayəndələri silah qaçaqmalçılığı və təxribatların qarşısını almaq üçün taxıl gəmilərinə baxış keçirəcəklər.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR