Son Xəbər: Aİ-nin Ermənistandakı yeni missiyasının əsas fəaliyyət istiqamətləri açıqlanıb, TƏBİB: Metrodakı hadisə ilə bağlı 2 nəfər xəstəxanaya yerləşdirilib, 9 nəfərə yerində yardım göstərilib, Onlar da güzəştli ipoteka kreditindən yararlana biləcək - Fərman, Vilayət Eyvazovdan yetkinlik yaşına çatmayanlarla bağlı - Tələb, 3 ayda 7738 cinayət qeydə alınıb - 85,9 faizinin üstü açılıb, Metronun fəaliyyəti bərpa olundu - Yenilənib, Ukrayna Rusiyanın neft stansiyasına hücum edib, yanğın baş verib, Soheyl Mahmud: Azərbaycanın təşəbbüsü D-8 çərçivəsində əməkdaşlığa təkan verəcək, Bakı metrosunun bütün stansiyalarına giriş müvəqqəti məhdudlaşdırılıb, Kənar dairəvi yolda minik maşını "Kamaz"la toqquşub, ölən və xəsarət alanlar var,

"Düşmənin atəş açdığı mövqelər darmadağın edilməlidir" - AÇIQLAMA

"Düşmənin atəş açdığı mövqelər darmadağın edilməlidir" - AÇIQLAMA

Tarix: 26-07-2022, 13:45

 

"Bir gündə erməni silahlı birləşmələri tərəfindən 9 dəfə təxribat xarakterli silahlı insidentin törədilməsi Ermənistan tərəfinin və onları dəstəkləyən sülhməramlı kontingentin komandanlığının birgə bəyanatın şərtlərinə əməl etmək niyyətində olmadıqlarını nüamyiş etdirir".

Bunu "Unikal"a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, bu cür addım Azərbaycan tərəfini daha təsirli və adekvat addımlar atmağa vadar edir:

"Görünən odur ki, Azərbaycan tərəfi düşməni anladıqları dildə başa salmalı olacaq. Azərbaycan Ordusunun bu dəfə istənilən cavabı həm separatçı quruma, həm də Ermənistanın mövcud hakimiyyətinə çox ağrılı nəticələr vəd edir. Rusiyanın Qarabağda müvəqqəti yerləşdirdiyi sülhməramlı qüvvələrin komandanı general-mayor Andrey Volkovun fəaliyyətləri isə tamamilə qeyri-qənatbəxşdir və bu fəaliyyətlər Krmelin Qrabağdakı sülhmərmalı niyyətini böyük şübhə altına alır. Azərbaycana qarşı ərazi iddiası və Ordumuzun şəxsi heyətinin həyati təhülkəsizliyinə təhdid kimi dəyərləndirilən düşmənin atəşkəs pozuntularının qarşısını almaq üçün atəş açılan hər bir düşmən mövqeyi darmadağın edilməlidir. Həmin mövqelərdə Azərbaycan Ordusunun şəxsi heyəti və üçrəngli bayrağımız əbədi olaraq yerləşdirilməlidir. Bu çətin və şərəfli vəzifəni yerinə yetirəcək qəhrəman Ordumuzun daim yanındayıq". 

Qeyd edək ki, ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən ümumilikdə 9 dəfə təxribat xarakterli silahlı insident törədilib. Bunlardan 2-si Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutmaqla baş verib.

Digər 7 insident isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Tərtər, Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutmaqla qeydə alınıb. Bütün hallarda Ordumuzun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR