Son Xəbər: Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib,

İstanbulda taxıl məsələsi ilə bağlı birgə koordinasiya mərkəzi fəaliyyətə başladı

İstanbulda taxıl məsələsi ilə bağlı birgə koordinasiya mərkəzi fəaliyyətə başladı

Tarix: 26-07-2022, 16:30

Türkiyənin İstanbul şəhərində taxıl məsələsi ilə bağlı birgə koordinasiya mərkəzi fəaliyyətə başlayıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“İstanbulda “Ukrayna limanlarından taxılın təhlükəsiz daşınması üçün Anlaşma Təşəbbüsü” müddəalarına uyğun olaraq Birgə Koordinasiya Mərkəzi fəaliyyətə başlayıb. Rusiyalı ekspertlərdən ibarət qabaqcıl qrup bu gün İstanbula gedəcək və dördtərəfli formatda işə başlayacaq”, - deyə məlumatda bildirilir.

Rusiya nümayəndə heyətinə kontr-admiral Eduard Luyk başçılıq edir. Qeyd olunur ki, Birgə Koordinasiya Mərkəzində rusiyalı mütəxəssislərin əsas vəzifəsi təşəbbüsün praktiki həyata keçirmə mərhələsinə qədəm qoyması üçün bütün zəruri məsələlərin operativ həlli olacaq.

Mənbə: İzvestiya




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR