Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

“AzInTelecom”un müştəri xidmətləri “Şəbəkə” ofisində fəaliyyət göstərəcək

“AzInTelecom”un müştəri xidmətləri “Şəbəkə” ofisində fəaliyyət göstərəcək

Tarix: 28-07-2022, 11:38

 
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin Müştəri Xidmətləri vahid mərkəzdə fəaliyyət göstərməyə başlayır.

Nazirlikdən  verilən məlumata görə, artıq avqustun 1-dən etibarən vətəndaşların “SİMA Token” məhsulunun sifarişi, əldə edilməsi, həmçinin şirkətin digər məhsulları və xidmətləri ilə bağlı müraciətləri yalnız Üzeyir Hacıbəyli küçəsi, 72 ünvanında yerləşən “Şəbəkə” xidmət mərkəzində qəbul ediləcək.

Qeyd edək ki, “SİMA Token” məhsulunu token.sima.az saytı vasitəsilə də sifariş etmək olar. İmza hazır olduqdan sonra Bakı üzrə “Şəbəkə” ofisindəki Müştəri Xidmətlərinə, regionlarda isə yaxınlıqdakı poçt filialına yaxınlaşaraq sifariş edilən tokeni əldə etmək lazımdır.

“SİMA Token”lə bağlı yaranan çətinlik və suallarla əlaqədar “157” Çağrı Mərkəzinə də zəng etmək mümkündür.

Xatırladaq ki, bir müddət öncə “AzInTelecom” MMC-yə məxsus Müştəri Xidmətləri Mərkəzi təkmilləşdirilərək xidmət operatorlarının sayı artırılıb, texniki imkanlar gücləndirilib və bayram günləri də daxil olmaqla, həftə içi saat 09:00-18:00 arası fasiləsiz iş rejiminə keçilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR