Son Xəbər: KİV: İsrail İordan çayının qərb sahilində öz suverenliyini elan edə bilər, Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyası bu il Şuşada keçiriləcək, Ərdoğan Putin və Zelenskinin hələlik görüşə hazır olmadığını bildirib, Ərdoğan: Zəngəzur dəhlizi məsələsində hər hansı bir problem, fikir ayrılığı yoxdur, Zakir Həsənov Vyetnamda hərbi paradda iştirak edib, Prezidentin Çində qaldığı hotelin heyəti ilə səmimi görüntüləri - Video, Türkiyə XİN-dən Minsk Qrupunun ləğvi ilə bağlı qərara - Münasibət, Məktəbli formaları ilə bağlı - Xəbərdarlıq, Abşeronun bu ərazilərində işıq KƏSİLƏCƏK, DİM-dən xəbərdarlıq: ixtisas seçimi bu gün başa çatır,

Unun, çörəyin qiyməti bahalaşa-bahalaşa gedəcək... - Ekspert danışır

Unun, çörəyin qiyməti bahalaşa-bahalaşa gedəcək... - Ekspert danışır

Tarix: 29-07-2022, 09:34

 
Nazirlər Kabineti Prezidentin 19 iyul tarixli “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərmanının icrası ilə bağlı sərəncam verib.

Sərəncama əsasən, ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiyməti 2022-ci il üçün 580,0 (beş yüz səksən) manat müəyyən olunub.

Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb.

Kabinet prezidentin fərmanın 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, yerli ərzaqlıq buğda istehsalçılarının fəaliyyətinin stimullaşdırılması və onlara dövlət dəstəyinin göstərilməsi ilə əlaqədar sərəncam verdiyini qeyd edir.

Bildirilib ki, ərzaqlıq buğdanın istehsal xərcləri (maya dəyəri) və istehsalçının mümkün qazancı nəzərə alınmaqla bu barədə qərar qəbul edilib.

“Nazirlər Kabineti 2009-cu il 7 iyul tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsində göstərilən keyfiyyət göstəricilərinə uyğun yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiyməti 2022-ci il üçün 580,0 (beş yüz səksən) manat müəyyən olunub”, – deyə Mətbuat Xidməti vurğulayıb. Dia.az-ın məlumatına görə, kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Meydan TV-yə deyir ki, Nazirlər Kabinetinin sərəncamı indiki halda unun və çörəyin qiymətinə təsir etməyəcək:

“Çünki Azərbaycan yarım ildə aldığı ərzaqlıq buğdanı 350 dollar civarında idxal edib, bu, 605 manatdır. Yalnız iyun ayında 1 ton üçün idxal olunan buğda 419 dollardır, bu, çox baha qiymətdir. Belə götürdükdə Azərbaycan üçün 580 manat normal sayıla bilər, həmçinin daşınma və digər xərclər də nəzərə alınıb”.

Vahid Məhərrəmovun sözlərinə görə, hökumət göstərilən qiymətə keyfiyyətli ərzaqlıq buğda əldə edə bilsə, böyük iş görmüş olar:

“Amma inanmıram ki, dövlət başçısının buğda istehalını artırmaq üçün imzalanan son fərmanı əhəmiyyətli olsun. Ona görə ki ərzaqlıq buğdanın istehsalını artırmaq üçün daha vacib tədbirlər həyata keçirilməlidir. Söhbət toxum istehsalı, seleksiya, su təminatı, kadr və keyfiyyətli istehsal vasitələri ilə bağlı işlərin həyata keçirilməsindən gedir”.

“Bir sərəncamla keyfiyyətli buğda istehsalını artırmaq mümkün olsaydı, indi dünyada buğda problemi olmazdı. Hər ölkə başçısı 2 fərman imzalayıb, çörəyə olan tələbatlarını ödəyərdi”, – deyə o bildirib.

Azərbaycanda 2021-ci ilin iyun ayının əvvəllərindən ölkədə istehsal olunan yüksək keyfiyyətli ərzaqlıq buğdanı yerli istehsalçılardan bir tonunun alış qiyməti 400 manat, 22 avqust 2021-ci il tarixdən isə 500 manat olub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR