Son Xəbər: Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik,

"Avtomobil yolları" Məqsədli Büdcə Fondu torpaqların dövlət ehtiyacları üçün alınması ilə də məşğul olacaq

"Avtomobil yolları" Məqsədli Büdcə Fondu torpaqların dövlət ehtiyacları üçün alınması ilə də məşğul olacaq

Tarix: 1-08-2022, 18:32



Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində "Avtomobil yolları" Məqsədli Büdcə Fondu avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə əlaqədar avtomobil yollarının çəkilməsi məqsədilə torpaqların dövlət ehtiyacları üçün alınması, eləcə də fiziki və hüquqi şəxslərin əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı kompensasiyaların tam ödənilməsinin təmin edilməsi məqsədlərinə də xidmət edəcəkdir.

Bu gün Prezident İlham Əliyevin imzaladığı Sərəncam ilə “Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 oktyabr tarixli 1729 nömrəli Sərəncamının  preambulasının ikinci abzasına “saxlanılmasını” sözündən sonra “, habelə avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə əlaqədar avtomobil yollarının çəkilməsi məqsədilə torpaqların dövlət ehtiyacları üçün alınması, eləcə də fiziki və hüquqi şəxslərin əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı kompensasiyaların tam ödənilməsini” sözləri əlavə edilib.

İllik 13.99%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!

Bundan əvvəl, "Avtomobil yolları" Məqsədli Büdcə Fondu avtomobil yolları şəbəkəsinin səmərəli istismarını və qənaətbəxş vəziyyətdə saxlanılmasını təmin etmək məqsədlərinə xidmət edirdi.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR