Son Xəbər: Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb,

Rusiyanın İsveçdəki səfiri XİN-ə ÇAĞIRILDI

Rusiyanın İsveçdəki səfiri XİN-ə ÇAĞIRILDI

Tarix: 2-08-2022, 14:05


İsveç Rusiyanın Stokholmdakı səfiri Viktor Tatarintsevi Ukraynada öldürülən isveçli könüllü döyüşçü ilə bağlı səfirliyin sosial media hesabında yazılan şərhlərdən sonra Xarici İşlər Nazirliyinə çağırıb.

İsveç Xarici İşlər Nazirliyinə çağırılan Rusiya səfiri Viktor Tatarintsevə səfirliyin sosial media hesabında yazılan şərhlərin və Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzünün pisləndiyi bildirilib.

Nazirlik məsələ ilə bağlı əlavə şərh verməyib.

Bundan əvvəl  Rusiya səfirliyinin sosial media hesabında edilən paylaşımda Ukraynada həlak olan isveçli könüllü döyüşçünün “ölməyə layiq olduğu” bildirilib.

Qeyd edək ki, İsveç Silahlı Qüvvələri ilə müqaviləsini başa vuran və Ukrayna ordusuna qatılan 30 yaşlı İsveç vətəndaşı ötən ay öldürülüb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR