Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

“Bu gün 11 minədək şəxsə birdəfəlik ödəmə ediləcək”

“Bu gün 11 minədək şəxsə birdəfəlik ödəmə ediləcək”

Tarix: 2-08-2022, 14:39

 

Birinci Qarabağ müharibəsi əlilləri ilə bağlı baza hazırlanıb.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, 1997-ci ilin avqustunadək ölkədə icbari sığorta olmadığına görə, o dövrədək əlilliyi olan insanlar birdəfəlik ödənişləri almamışdılar. Prezidentin 2018-ci ildə təkrar Prezident seçilməsindən sonra imzaladığı 1 nömrəli fərman şəhid ailələrinə birdəfəlik ödənişlə bağlı idi. Müstəqillik dövründən 1997-ci ilədək olan bütün şəhidlərin bazası yeniləndi və ödənişlər 2018-19-cu illərdə ödənildi. Əlilliyi olan insanlarla bağlı isə bu ödəmələr açıq qalmışdı.

Nazirin sözlərinə görə, bu fərmanın imzalanmasında məqsəd həmin dövrdə əlilliyi olan insanlara birdəfəlik ödənişlərin edilməsi idi: “Fərmanın icrası üçün ötən 7 ay ərzində Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və Müdafiə Nazirliyinin birgə İşçi Qrupu tərəfindən 1991-1997-ci illərdə olan bütün hərbi xəsarət haqqında olan şəhadətnamələr təkrar inventarlaşdırıldı və elektron sistemə toplanıldı. Bütün bunların nəticəsində isə müvafiq bir baza formalaşdırılıb. Bu gün isə Prezidentin müvafiq fərmanına uyğun olaraq Baş nazir Əli Əsədov həmin ödənişlərin verilməsi qaydasını təsdiqləyib. Bu gün gün ərzində elektron sistemlər üzərindən 11 minədək vətəndaşımıza bu ödənişlər ediləcək. Bu ödəniş onların kartlarında olacaq”.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR