Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Avropa Azərbaycandan qaz idxalını artırıb

Avropa Azərbaycandan qaz idxalını artırıb

Tarix: 6-08-2022, 13:35

 
2022-ci ilin ikinci rübündə Avropanın Azərbaycandan qaz idxalı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 0,9 milyard kubmetr artıb.

Bu barədə Oksford Enerji Tədqiqatları İnstitutunun (OIES) hesabatında deyilir.

Qeyd olunur ki, hesabat dövründə qeyri-Rusiya mənbələrindən boru kəmərləri ilə idxal il ərzində 3,8 milyard kubmetr (10 faiz) artaraq 41,1 milyard kubmetr təşkil edib.

"Norveçdən tədarük 4,5 milyard kubmetr, Azərbaycandan 0,9 milyard kubmetr artıb. Eyni zamanda Şimali Afrikadan tədarük 1,6 milyard kubmetr azalıb. 2021-ci ilin ikinci rübündə Trans-Adriatik boru kəmərinin (TAP) nəql gücü artmaqda davam edirdi. TAP tam buraxılış gücünə 2021-ci ilin dördüncü rübündə çatıb. Ona görə də, qışın əvvəlində bu marşrutla qaz tədarükünün illik müqayisədə artımını gözləmək olmaz", - hesabatda deyilir.(trend)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR