Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Dövlət hesabına xaricdə təhsil alacaq gənclərin ilk siyahısı TƏSDİQLƏNDİ

Dövlət hesabına xaricdə təhsil alacaq gənclərin ilk siyahısı TƏSDİQLƏNDİ

Tarix: 10-08-2022, 09:43



“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na ilk qəbul prosesinin nəticələri müəyyən olunub.

Dövlət Proqramına dünyanın 30 ölkəsinə aid 15 prioritet ixtisas sahəsi üzrə 673 nəfər müraciət edib.

Müsabiqənin ilkin nəticələrinə əsasən, 80 namizəd bakalavriat səviyyəsi, 149 namizəd isə magistratura səviyyəsi üzrə müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramına qəbul olub və proqram iştirakçısı adını qazanıb. Müsabiqə üzrə digər nəticələrin növbəti həftələrdə ictimaiyyətə açıqlanması nəzərdə tutulur.

Proqram iştirakçılarının ən çox müraciət etdiyi ixtisas istiqamətləri mühəndislik, maliyyə, iqtisadiyyat, informasiya texnologiyaları, təhsil olub. Təqaüd qazanan gənclərimiz  dünyanın "Bilkent University", "Koç University", "Middle East Technical University", "University of Bonn", "University of Freiburg", "Stanford University",  "New York University", "Texas A&M University", "George Washington University(DC)", "Imperial College London", "University of Cambridge", "King’s College London", "London Business School", "UCL",  "University of Warwick", "University of Strasbourg", "University of Tartu", "Sapienza University of Rome", "Politecnico di Milano", "University of Toronto", "McGill University", "University of British Columbia", "University of Amsterdam", "Korea Advanced Institute of Science and Technology (KAIST)", "Nanyang Technological University, Singapore", "Monash University", "University of Sydney", "KU Leuven" kimi nüfuzlu təhsil müəssisələrində təhsillərini davam etdirəcəklər.

Qeyd edək ki, Dövlət Proqramının illik hədəf göstəricisində 400 təqaüdün verilməsini və magistratura səviyyəsi üzrə mövcud  kvotada boş təqaüd yerlərinin olduğunu nəzərə alaraq 10-25 avqust 2022-ci il tarixlərində yenidən sənəd qəbulu elan olunur.

Müvafiq elan mətni ilə keçiddən tanış ola bilərsiniz.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR