Son Xəbər: Azərbaycanla Özbəkistan arasında geoloji kəşfiyyat üzrə birgə müəssisə yaradılır, Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər, Nazirlər Kabinetində 2029-cu il əhalinin siyahıyaalınmasına həsr olunan iclas keçirilib, Şənbə günü Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq, İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib, İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib, Peter Pelleqrini Bakı haqqında: Qız qalası yaxınlığındakı küçələr xoşuma gəlir, DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlanıb, Çin Səfirliyi: Pekin ABŞ-dəki seçkilərə müdaxilə etməyib, Bakının bir sıra yollarında tıxac yaranıb,

Bakıda itkin düşən qadının sevgilisi həbs edildi

Bakıda itkin düşən qadının sevgilisi həbs edildi

Tarix: 11-08-2022, 17:54

 Bakıda bir müddət əvvəl itkin düşən və ailəsi tərəfindən axtarışa verilən qadının sevgilisi həbs edilib.

 Yasamal Rayon Polis İdarəsinin əməkdaşları iyul ayında yoxa çıxan və axtarışına başlanılan D.İsmayılovanın (şərti soyadlı) telefon zənglərini araşdırıblar. Araşdırma zamanı onun 1984-cü il təvəllüdlü F.Abbasəliyevlə (şərti soyadlı) gizli sevgi münasibətinin olması üzə çıxıb. Polis əməkdaşları daha sonra həmin şəxsin axtarışına başlayıblar. Bir neçə dəfə zəng edərək onu 27-ci Polis Bölməsinə dəvət ediblər. Lakin həmin şəxs bölməyə gedərək izahat yazmaqdan imtina edib.

Bir neçə gün əvvəl isə polislər gecə saatlarında F.Abbasəliyevin yaşadığı evə gedərək onu bölməyə gətirmək istəsələr də, müqavimət göstərərək polislərlə getməyəcəyini bildirib.

Bundan sonra o saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni tələbinə qəsdən əməl etməmə) maddəsi ilə protokol tərtib edilərək Yasamal Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə F.Abbasəliyev D.İsmayılova ilə münasibətini kəsdiyini, bu səbəbdən də polisin onu bölməyə aparmasını anlamadığını bildirib:

“Özümü inzibati xəta ilə bağlı qismən təqsirli bilirəm, sərxoş olduğum üçün müəyyən hərəkətlər etmişəm. Eyni zamanda bildirim ki, itkin düşməsi ilə əlaqədar axtarılan şəxs D.İsmayılova ilə telefon vasitəsilə tanış olmuşdum. D.İsmayılova mənimlə birgə Göygöl rayonunda bir neçə gün qaldı. Sonradan onun ailəli olduğunu öyrəndiyim üçün ayrıldım və Bakı şəhərinə yola saldım. Hazırda D.İsmayılovaya görə polis bölməsinə dəvət edilməyimi düzgün hesab etmirəm”.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə F.Abbasəliyevə 15 sutka həbs cəzası verilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR