Son Xəbər: Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik,

Çörəyin qiyməti bahalaşa bilərmi? - AÇIQLAMA

Çörəyin qiyməti bahalaşa bilərmi? - AÇIQLAMA

Tarix: 12-08-2022, 15:00

 
"Son 3 ildə dünyada taxılın qiyməti sürətlə artıb. 2019-cu ildə taxılın bir tonunun qiyməti 180-190 dollar idi. Rusiyanın Ukraynaya təcavüzü başlayanda isə qiymət 440-460 dollara qədər qalxmışdı". 

Bunu açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, Türkiyənin vasitəçiliyi ilə Ukraynadan taxılın ixracatına müəyyən qədər yolun açılması qiymətləri 400 dollar və ondan bir az da aşağı endirib:

"Ukrayna taxılının bazara çıxarılması ilə müəyyən dərəcədə sabitlik yarandı. Azərbaycanda isə yerli istehsal azdır. Özümüzü 25 faiz taxılla təmin edə bilirik. Yerdə qalan hissə isə xaricdən alınır. İdxal etdiyimiz taxılın 80-85 faizi Ruisyanın payına düşürdü. Bu il isə Rusiyadan daha az taxıl almışıq. Qazaxıstandan taxıl alışı artıb. Bu ölkənin taxılının qiyməti isə Rusiyaya nisbətən bahadır. Ona görə də bir müddət sonra unun qiymətində artım ola bilər. Bu isə çörək və un məmulatlarının qiymətinə təsir göstərəcək". 

Ekspert qeyd edib ki, əvvəllər un istehsalçılarına hər tona görə 25 manat dotasiya verilirdi:

"Hökumət bunu ləğv etdi. Dotasiyalar yoxdursa, baha taxıl baha un, baha un isə yüksək qiymətə un məmulatları deməkdir. Bu qiymət artımı gözləniləndir".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR