Son Xəbər: Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib,

“Uşaqlarımızı götürüb ailəliklə bu ölkədən qaçırıq” - Ermənistan vətəndaşı

“Uşaqlarımızı götürüb ailəliklə bu ölkədən qaçırıq” - Ermənistan vətəndaşı

Tarix: 13-08-2022, 19:10

 
"Uşaqlarımızı götürüb ailəliklə bu ölkədən qaçırıq".

Bunu Ermənistanın “5 TV Channel” televiziyasının İrəvandakı “Zvartnost” aeroportundan hazırladığı reportajda ölkə vətəndaşı Aşot deyib.

Aeroportdakı insanların böyük əksəriyyətinin bir daha geri qayıtmayacağına əminliyini bildirən Aşot yerli statistikanı diqqətlə izlədiyini deyərək qeyd edib: “Ötən bir ay ərzində Ermənistanı həmişəlik tərk etmiş insanların sayı 4 mindən çox olub”.

Aparıcının “Daimi yaşayış və iş yeri müəyyənləşdirilibmi” sualına cavabında Aşot vurğulayıb ki, ona və ailəsinə, ilk növbədə, bu ölkəni tərk etmək daha vacibdir, yaşayış və iş yerləri sonrakı məsələlərdir. Niyə bu cür qərar qəbul etdiyi ilə bağlı suala cavab verən Ermənistan vətəndaşı ölkənin perspektivsizliyinə əmin olduqdan sonra bu addımı atdıqlarını bildirib. O deyib:

“Ölkənin 70 faizi çıxıb gedib və onları heç kim qınaya bilməz. Ermənistanda perspektivli nə var? Bircə nəfər barmağını qatlayıb nəyisə göstərə bilməz”.

Xatırladaq ki, 2020-ci ildə 44 günlük Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra ölkəni bürüyən emiqrasiya dalğası bugünkü Ermənistan ictimaiyyətində ən çox müzakirə olunan məsələlərdən biridir."Qafqazinfo" 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR