Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Kibertəhlükəsizlik Mərkəzinin keçirəcəyi təlimlərə qeydiyyat başlandı

Kibertəhlükəsizlik Mərkəzinin keçirəcəyi təlimlərə qeydiyyat başlandı

Tarix: 18-08-2022, 10:42

 
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti ilə İsrailin “Technion” Universiteti arasında imzalanmış müqaviləyə əsasən təsis edilmiş Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin keçirəcəyi təlimlərə qeydiyyat prosesinə start verilib.

Kbertəhlükəsizlik sahəsi üzrə təlimlərdə iştirak üçün 18 yaşdan yuxarı və ingilis dili biliklərinə malik olan Azərbaycan vətəndaşları müraciət edə bilərlər.

İştirakçıların seçimi bir neçə mərhələdə həyata keçiriləcək. İlkin mərhələdə təlimlərdə iştirak etmək istəyənlər onlayn qeydiyyat forması ilə müraciət edəcəklər. Yalnız qeydiyyatdan keçmiş namizədlər növbəti mərhələlərdə iştirak hüququ əldə edəcəklər. Daha sonra namizədlərin məntiqi və analitik düşüncə qabiliyyəti, İT sahəsində bilikləri və ingilis dili səviyyəsi yoxlanılacaq. Sonuncu mərhələdə isə onlarla müsahibə aparılacaq və müsahibədən uğurla keçən 60 nəfər təlimlərdə iştirak hüququ əldə edəcək. 

Proqrama qəbul olunan şəxslər 6 ay müddətində “Technion” Universitetinin professor-müəllim heyətinin keçəcəyi təlimlərdə iştirak edəcəklər. Tədris ingilis dilində aparılacaq. İştirakçılar şəbəkə, proqramlaşdırma, əməliyyat sistemləri ilə bağlı biliklər əldə etməklə yanaşı, kibertəhlükəsizlik sahəsində müxtəlif istiqamətlər üzrə ixtisaslaşacaqlar. Təlim proqramını uğurla başa vuranlar “Technion” Universitetinin sertifikatını əldə edərək kibertəhlükəsizlik üzrə mütəxəssisə çevriləcəklər. 

Təlimlərdə iştirak etmək istəyən namizədlər https://cert.az/kibertehlukesizlik-telim-qeydiyyat.html keçidinə daxil olaraq və onlayn müraciət formasını dolduraraq qeydiyyatdan keçə bilərlər. Qeydiyyat üçün son tarix 20 sentyabr 2022-ci ildir. 

Qeyd edək ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi tərəfindən növbəti 3 il ərzində 1000-dən çox yerli mütəxəssis hazırlanacaq. Bununla yanaşı, Mərkəzdə yerli təlimçilərin hazırlanması, mövcud mütəxəssislərin bilik və bacarıqlarının artırılması, eləcə də rəhbər şəxslər üçün təlimlərin təşkili nəzərdə tutulub.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR