Son Xəbər: KİV: İsrail İordan çayının qərb sahilində öz suverenliyini elan edə bilər, Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyası bu il Şuşada keçiriləcək, Ərdoğan Putin və Zelenskinin hələlik görüşə hazır olmadığını bildirib, Ərdoğan: Zəngəzur dəhlizi məsələsində hər hansı bir problem, fikir ayrılığı yoxdur, Zakir Həsənov Vyetnamda hərbi paradda iştirak edib, Prezidentin Çində qaldığı hotelin heyəti ilə səmimi görüntüləri - Video, Türkiyə XİN-dən Minsk Qrupunun ləğvi ilə bağlı qərara - Münasibət, Məktəbli formaları ilə bağlı - Xəbərdarlıq, Abşeronun bu ərazilərində işıq KƏSİLƏCƏK, DİM-dən xəbərdarlıq: ixtisas seçimi bu gün başa çatır,

İqtisadiyyat Nazirliyinin səlahiyyətlərindən biri ləğv olundu

İqtisadiyyat Nazirliyinin səlahiyyətlərindən biri ləğv olundu

Tarix: 19-08-2022, 16:34

 

Nazirlər Kabineti “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə” 2022-ci il 2 avqust tarixli sərəncamında dəyişiklik edib.

Bundan əvvəl “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı ilə müəyyən edilmiş icraçı orqan və qurumlar Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən Strategiyada nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə iki dəfə İqtisadiyyat Nazirliyinə məlumat verməli idi.

Dəyişikliyə əsasən, artıq həmin icraçı orqan və qurumlar Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən Strategiyada nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti İqtisadiyyat Nazirliyinə deyil, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə məlumat verməlidirlər. Məlumatın təqdimatına dair zaman həddi də müəyyənləşib. İcraçı orqan və qurumlar Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən Strategiyada nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə iki dəfə - hər ilin yanvar və iyul aylarının 15-dən gec olmayaraq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə məlumat verməlidirlər.

İslahatların Təhlili və Kommunikasiya Mərkəzi təqdim edilmiş məlumatları ümumiləşdirməli və bu barədə ildə iki dəfə - hər ilin yanvar və iyul aylarının 25-dən gec olmayaraq Nazirlər Kabinetinə məlumat verməlidir. Eyni zamanda İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Strategiyanın icrasının təşkili, monitorinqi və qiymətləndirilməsi barədə təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməli, Strategiyanın Tədbirlər Planının icrası ilə bağlı aidiyyəti dövlət orqanları (qurumları) ilə birgə zəruri kommunikasiya işlərinin yerinə yetirilməsi üzrə tədbirlər görməli, zərurət yarandıqda, Strategiyanın icrası prosesinə qabaqcıl beynəlxalq təşkilatların, ixtisaslaşmış məsləhətçi şirkətlərin, elm və ali təhsil müəssisələrinin, konfederasiya, assosiasiya, vətəndaş cəmiyyətini təmsil edən təşkilatların və özəl qurumların nümayəndələrini cəlb etməlidir.

İqtisadiyyat Nazirliyinə isə Ədliyyə Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və digər aidiyyəti dövlət orqanları ilə birlikdə icrası davam etməkdə olan konsepsiya, strategiya, dövlət proqramı, milli fəaliyyət planları və bu kimi digər sənədlərin Strategiya ilə əlaqələndirilməsi istiqamətində zəruri tədbirlər görmək və bu barədə Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

"Unikal"





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR