Son Xəbər: Mambetaliyev: Azərbaycan VI Ümumdünya Köçəri Oyunlarında iştirak edəcək, Buraxılış imtahanında üç nəfər maksimum nəticə əldə edib, Ərdoğan: Türkiyə Avropa İttifaqına tam üzvlük hədəfini qoruyur, Bakıda kişi keçmiş arvadını qətlə yetirib, evi və maşını yandırıb, daha sonra özünü öldürüb - BİRGƏ MƏLUMAT, Əhməd Əl Şaraa: Dünən sonuncu ABŞ hərbi texnikası Suriyanı tərk edib, "Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər, Cevdet Yılmaz: Avropanın daha güclü liderə ehtiyacı var, Fuad Nağıyev: "Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın turizm xəritəsinin bir hissəsi olacaq", Sabah 23 dərəcə isti olacaq, Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb,

İntim videolar yayan FHN polkovniki HƏBS EDİLDİ

İntim videolar yayan FHN polkovniki HƏBS EDİLDİ

Tarix: 19-08-2022, 18:06

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının intim videolarını yaymaqda təqsirləndirilən FHN-in Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyevin barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

"Baş Prokurorluğun İstintaq idarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Zaur Mirzəyev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib", - deyə, qeyd edilib

Qeyd olunub ki, Binəqədi Rayon Məhkəməsi istintaq orqanının təqdimatını təmin edib. Məhkəmə Zaur Mirzəyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə video və foto çəkiliş həyata keçirmək üçün gizli kamera quraşdırıb, xidməti və sair asılılıqlarından yararlanmaqla cinsi ehtirasını təmin etmək kimi çirkin şəxsi niyyətlə qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında cinsi əlaqə və digər formalarda intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.

Araşdırmalarla Zaur Mirzəyevin səlahiyyət hüdudlarından açıq-aşkar surətdə kənara çıxıb cinayət xarakterli əməlləri ilə həmin şəxslərin hüquq və qanuni mənafelərinə, habelə FHN-in işgüzar nüfuzuna ciddi xələl gətirərək ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

İş üzrə Zaur Mirzəyev avqustun 17-də şübhəli şəxs qismində saxlanılıb.

Hazırda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR