Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

"Ukrayna bu tarixdə Krım körpüsünə hücum edə bilər" - İsrailli mayor

"Ukrayna bu tarixdə Krım körpüsünə hücum edə bilər" - İsrailli mayor

Tarix: 22-08-2022, 10:32

Ukrayna silahlı qüvvələri avqustun 24-də müstəqilliyin 31-ci ildönümü günü Krım körpüsünə hücum edə bilər.

"Bunu Müdafiə Qüvvələrinin Ehtiyatının mayoru Viktor Vertsner yerli KİV-lrdən birinə müsahibəsində deyib. 

Onun sözlərinə görə, təkcə ruslar deyil, ukraynalılar da “simvolik tarixləri” sevirlər.

"Və buna görə də mən bu tarixlərdə, ilk növbədə, Ukrayna ərazisinə raket atəşinin artacağını gözləyirəm. Ona görə də hər kəsə bu dəfə bayramları evdə qeyd etməyi tövsiyə edirəm. Həmçinin Ukrayna bu günlərdə vəziyyəti gərginləşdirməlidir", - deyə o, ifadə edib. 

Qeyd edək ki, ukraynalılara  23-24 avqust tarixlərində Rusiya Federasiyasından yüksək raket hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq edilib. Bu günlərdə Ukraynada Bayraq Günü və Müstəqillik Günü qeyd olunacaq.

Bununla yanaşı,  bəzi xarici  KİV-lər Rusiyanın  Müstəqillik Günü üçün  və Zelenskiyə qarşı təxribatlar hazırladığını iddia edir. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR