Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

“Azərpoçt” Rusiyadan Azərbaycana pul köçürmələri asanlaşdırdı

“Azərpoçt” Rusiyadan Azərbaycana pul köçürmələri asanlaşdırdı

Tarix: 22-08-2022, 12:39

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC ilə “Azərbaycan Beynəlxalq Bankı – Moskva” MMC-nin (ABB – Moskva) əməkdaşlığı nəticəsində Rusiyadan Azərbaycana pulköçürmə istiqamətində yeni alternativ kanal təqdim edilib.

 “Azərpoçt”da tətbiq olunan “Granat” pulköçürmə sistemi vasitəsilə artıq Rusiya Federasiyasından Azərbaycana köçürülən pul vəsaitlərini vətəndaşlar respublika üzrə mərkəzi poçt şöbələrindən ala biləcəklər. 


İlkin mərhələdə “Granat” pulköçürmə sistemi Bakıda yerləşən AZ1000, AZ1017, AZ1044 indeksli poçt şöbələrində və respublika üzrə bütün rayon mərkəzlərində fəaliyyət göstərən mərkəzi xidmət şöbələrində vətəndaşlara təqdim olunacaq. Yaxın gələcəkdə isə tələbatdan asılı olaraq, digər poçt şöbələrində də bu sistemin tətbiqi nəzərdə tutulur.

Qeyd edək ki, “Granat” pulköçürmə sistemi Rusiya Federasiyasında hər kəs üçün əlçatandır: belə ki, Rusiya ərazisində yerləşən  “ABB – Moskva” məntəqələri və “Granat” mobil tətbiqi vasitəsilə, eləcə də digər partnyorlara məxsus xidmət nöqtələrindən Azərbaycana pul vəsaitlərinin göndərilməsi mümkündür.

“Granat” pulköçürmə sistemi üzrə tariflər, eləcə də pul köçürmələrinin göndəriş və alış məntəqələri haqqında ətraflı məlumatı www.azerpost.az və www.granatpay.ru saytlarından əldə etmək olar.

 “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti 1500-ə qədər şöbəsi ilə əhaliyə ənənəvi poçt xidmətləri ilə yanaşı, bank hesabı üzrə xidmətlər, elektron ödənişlər, sığorta və s. kimi qeyri-ənənəvi maliyyə xidmətləri, eləcə də elektron hökumət və pərakəndə biznes xidmətlərini təqdim edir.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR