Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

“Tarixi səhvlər Laçın və digər ərazilərin işğalına gətirib çıxarmışdı” - RƏY

“Tarixi səhvlər Laçın və digər ərazilərin işğalına gətirib çıxarmışdı” - RƏY

Tarix: 22-08-2022, 14:22

“Azərbaycan güclü ordusu, qətiyyətli siyasi iradəsi və yüksək səviyyəli dövlət idarəetməsi sayəsində tarixi zəfər əldə etməyi bacardı. Bu günlərdə Laçın şəhərinin, eləcə də Zabuxun və Susun işğalçılardan boşaldılaraq azad edilməsi yenə də Azərbaycanın gücünün və qətiyyətinin göstəricisidir. Ancaq biz heç vaxt torpaqlarımızın illər boyu erməni işğalı altında qalmasını unutmayacağıq”.

Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

“Xalq olaraq nəyə görə alınmaz qalalarımızın, Vətən torpaqlarımızın işğala məruz qaldığının da səbəblərini bilməliyik. Bu təntənəli günlərimizdə o acı keçmişimizi ibrət üçün xatırlamalıyıq. Belə ki, 90-cı illərin əvvəllərində Azərbaycan dövlətinin idarə edilməsində olduqca ciddi boşluqlara yol verildi. Milli gücümüz erməni işğalına qarşı deyil, ölkədaxili siyasi çəkişmələrə yönləndirildi. Hərc-mərclik, xaos, cəmiyyətdaxili intriqalar elə səviyyəyə gəlib çatdı ki, Azərbaycanda vətəndaş müharibəsi başladı, etnik və regionla separatçılıq baş qaldırdı”, - deputat əlavə edib.

O bildirib ki, həmin dövrün siyasi hakimiyyətləri isə bu intriqa və qarşıdurmanın tərəflərinə çevrildilər:

“Xarici siyasət və diplomatiya milli maraqları müdafiə edən vasitə olmaqdan çıxarıldı və Azərbaycana düşmənlər qazandıran alətə çevrildi. Ordu tamamilə dağıdıldı və ayrı-ayrı “siyasətçilərin” hərbiləşmiş dəstələrinə çevrildi. Bu, şübhəsiz ki, həmin dövrün siyasi hakimiyyətinin bacarıqsızlığı, idarəetməni bilməməsi, eyni zamanda dünyada baş verən geosiyasi proseslərdən baş çıxara bilməməsinin nəticəsi idi”.

“Bax, elə yol verilən bu cür tarixi səhvlər də ermənilərin torpaqlarımızın 20 faizini - bu gün haqqında danışdığımız Laçın və digər əraziləri - işğal etməsinə gətirib çıxardı. Xalqımız 30 il acı məğlubiyyətə məhkum edildi. Lakin bu gün düzgün və məqsədyönlü idarəetmə, milli maraqlarımıza xidmət edən xarici siyasət, strateji uzaqgörənlik və hərbi-siyasi qətiyyət sayəsində ərazi bütövlüyümüzü bərpa etdik. Bu, böyük tarixi zəfərimiz olmaqla həm də keçmişimizdən ibrət almaq üçün yaxşı bir dərsdir. Bu, xalq-hakimiyyət birliyinin və düzgün idarəetmənin təntənəsidir”, - Hikmət Babaoğlu əlavə edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR