Son Xəbər: Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib,

Birinci sinfə qəbul imtahanı ləğv edilə bilər?

Birinci sinfə qəbul imtahanı ləğv edilə bilər?

Tarix: 23-08-2022, 13:20

 
Elm və təhsil naziri Emin Əmrullayev bəzi məktəblərin birinci sinfinə şagird qəbulu imtahanlarının ləğv edilməsi fikirlərinə münasibət bildirib.

O, bu gün keçirdiyi brifinqdə bəzi məktəblərdə ibtidai siniflər üzrə yerlərin az, istəyin isə çox olduğunu söyləyib.

Nazir deyib ki, bu səbəbdən həmin məktəblərə qəbul üçün müəyyən şərtlər var: "Əvvəl bir çox məktəblərdə birinci siniflərə qəbul əvvəl imtahan şəklində idi, sonra ləğv edilərək lisey kimi qəbulun 5-ci sinifdən aparılmasına qərar verildi. Ümumilikdə isə ölkə üzrə Azərbaycan bölməsinə birinci sinfə şagird qəbulu imtahansızdır".





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR