Son Xəbər: Sabah Bakıya və rayonlara yağış yağacaq, İlham Əliyev Ərdoğana başsağlığı verib, Şəkiyə 33 sm qar yağıb - Faktiki hava, Azərbaycan neftinin qiyməti 100 dollara düşüb, Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib, Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb,

Gürcüstan DİN rəhbəri Azərbaycana təşəkkür etdi

Gürcüstan DİN rəhbəri Azərbaycana təşəkkür etdi

Tarix: 25-08-2022, 10:32

 
Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri ölkəsində davam edən meşə yanğınlarının söndürülməsi üçün xüsusi texnikanın göndərilməsi təklifinə görə Azərbaycana təşəkkür edib.

Bu barədə o, jurnalistlərə brifinqdə bildirib.

Nazirin sözlərinə görə, Borjomidə yanğınların yerlərini və yanğının yayılma sahəsini azaltmaq mümkün olub, ancaq lokallaşdırmanın vaxtı hava şəraitindən asılıdır.

“Mən Azərbaycan tərəfinə, dostlarımıza təşəkkür etmək istəyirəm. Bizdə də texnika var, amma mürəkkəb relyefə görə işlər dayandırılıb. Bura elə bir ərazidir ki, fiziki cəhətdən işləyə bilmirik. Helikopterlər səhərdən işləsələr də, küləkli havaya görə problemlər yaranıb. Yanğınsöndürən təyyarə böyük lüksdür və bu bizdə yoxdur. Türkiyə tərəfi bu işdə bizə kömək etdi, buna görə onlara minnətdarıq”, – deyə Vaxtanq Qomelauri bildirib.

Onun sözlərinə görə, Bakı-Ceyhan kəmərinə yanğın təhlükəsi yoxdur.

Mənbə: Accentnews.ge




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR