Son Xəbər: Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib, Milli Məclisin sədri Serbiyaya işgüzar səfər edib, Monteneqro Prezidenti Azərbaycan liderini təbrik edib, ABŞ ordusu İranın Küveytdə hərbi bazaya atdığı 2 ballistik raketi zərərsizləşdirib, Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir, Moldova rəsmisi: Azərbaycan şaxələndirilmiş qaz mənbələrinə çıxışımızda mühüm rol oynayıb, Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif edib, Qəbul imtahanının 2-ci cəhdində iştirak üçün qeydiyyat başlayıb, İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib, Sabah Bakıda 23, bölgələrdə 28 dərəcə isti olacaq,

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən şəxs saxlanıldı

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən şəxs saxlanıldı

Tarix: 26-08-2022, 09:12

 
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vətəndaşların etibarından istifadə edərək onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən rayonun Xırdapay kənd sakini Aydın Məmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, dindirilmə zamanı o, törətdiyi əməlləri etiraf edib.

Araşdırmalar zamanı məlum olub ki, A.Məmmədov cari ilin aprel-may ayları ərzində 4 rayon sakininin etibarından istifadə edərək, onlara dayandırılmış təqaüdlərinin bərpa olunmasında köməkliklər göstərəcəyi barədə yalan vədlər verib və onlara məxsus ümumilikdə 10800 manat pulu ələ keçirib.

Bundan əlavə, saxlanılan şəxsin ətrafında aparılan istintaq tədbirləri nəticəsində onun başqa cinayət əməllərinin üstü də açılıb. Belə ki, sosial şəbəkələrdə aktiv iştirak edən A.Məmmədov iki vətəndaşa qarşı hədə-qorxu gələrək, barələrində sosial şəbəkələrdə rüsvayedici məlumatlar paylaşmamaq üçün onlardan ümumilikdə 1200 manat pul alıb.

Faktlarla bağlı Kürdəmir RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır. Saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları Aydın Məmmədovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in "102" xidmətinə, həmçinin Kürdəmir RPŞ-nə müraciət etmələri xahiş olunur




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR