Son Xəbər: Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib,

Azərbaycanın yanmış əraziləri xəritələşdiriləcək

Azərbaycanın yanmış əraziləri xəritələşdiriləcək

Tarix: 26-08-2022, 12:00

 “Azərbaycan ərazisində baş verən yanğın yerləri xəritələşdiriləcək və payız ağacəkmə mövsümündə yanaraq məhv olmuş sahələrdə mərhələlərlə meşəbərpa tədbirləri həyata keçiriləcək”.

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bu ilin avqust ayında Azərbaycan ərazisində baş verən yanğınlarla bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ilk mərhələdə yanmış və bioloji inkişafı mümkün olmayan ağacların götürülərək ərazinin iqlim şəraitinə və həmin ərazidəki ağac növlərinə uyğun meşəcinsli toxumlar səpiləcək, tinglər əkiləcək: "Sevindiricidir ki, bütün meşə örtüyü məhv olmayıb. Yanan ərazilərin monitorinqi davam etdirilir, monitorinqlər başa çatdıqdan sonra meşəbərpa tədbirlərinə başlanılacaq".

Nazir müavini xatırladıb ki, ETSN BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəliyinin texniki dəstəyi ilə Milli Meşə Proqramı hazırlayıb: "Proqram 2022-2030-cu illəri əhatə edir və müvafiq qurumlarla razılaşdırılaraq baxılması üçün aidiyyəti üzrə təqdim edilib".





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR