Son Xəbər: Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib,

“Bayraktar” pilotsuz təyyarələrini Rusiyaya satmayacaq

“Bayraktar” pilotsuz təyyarələrini Rusiyaya satmayacaq

Tarix: 26-08-2022, 15:19

 

Türkiyənin Baykar şirkəti Rusiyaya Bayraktar TB2 pilotsuz təyyarələrini satmayacaq.

Bu barədə şirkətin baş direktoru Haluk Bayraktar "BBC"yə müsahibəsində bildirib.  

Onun sözlərinə görə, pul şirkət üçün vacib deyil, çünki o, hazırda haqsız və əsassız hücuma məruz qalan Ukraynanı dəstəkləyir.

"Pul bizim üçün prioritet deyil. Bizim işimizdə pul və maddi resurslar heç vaxt məqsəd olmayıb. Ukrayna ilə dostluğumuz, əməkdaşlığımız uzun illərdir ki, davam edir.  Hazırda bizim bütün dəstəyimiz Ukraynanın tərəfindədir, çünki bizim çox güclü əlaqəmiz var. Ukrayna ilə əməkdaşlığımıza heç nə kölgə salmayacaq, nə qədər məbləğ təklif olunacağından asılı olmayaraq, bu məsələdə mövqeyimiz bəllidir”, - deyə Haluk Bayraktar əmin edib.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR