Son Xəbər: Leyla Əliyeva COP29 çərçivəsində bəbirlərin mühafizəsinə həsr olunmuş tədbirdə çıxış edib, Parisin Bakıya “cırtdanlar”la hücumu - "saman çöpündən yapışan" Makron - ŞƏRH, Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir, Milli Məclisin 25, 26 və 27 noyabr tarixli iclaslarının gündəliyi açıqlanıb, Muxtar Babayev: "İnnovativ strategiyalar maliyyə və investisiyaları artırır", “Heç bir zaman işləməyənlərin pensiya sisteminə girməsinə icazə vermək olmaz”, Yenidən öz postlarına namizəd olacaqlar, COP29-un misirli qonağından UNİKAL METOD – Kosmosda elektrik enerjisi istehsal OLUNACAQ?, Rusiya Ukraynanı ilk dəfə bu raketlə vurdu, Generalın oğluna yeni vəzifə verildi,

Xalam oğlu Eminin qisasını aldım - Dünya çempionunu öldürən şəxs

Xalam oğlu Eminin qisasını aldım - Dünya çempionunu öldürən şəxs

Tarix: 26-08-2022, 17:06

 

Bakı Ağır Cinayətlər Məhkəməsində kikboksinq üzrə dünya çempionu, 38 yaşlı Zaur Yusifovu qətlə yetirməkdə təqsirləndirilən 2000-ci il təvəllüdlü Samir Şirəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

Məlum olub ki, Samir Şirəliyev ov silahı əldə etməsinə icazə almaq üçün Daxili İşlər Nazirliyinə müraciət edib. Razılıq alandan sonra Yasamal rayonu ərazisində yerləşən Ovçular mağazasından 1200 manata ov tüfəngi və patronlar alıb. O, güllə atmağı öyrənmək üçün Novxanıda poliqonda məşq edib. Daha sonra Zaur Yusifovu izləyib, onun yaşadığı evin blokunda gizlənib. Həmin vaxt Zaur Yusifov “Instagram”da canlı videogörüntü paylaşıb. Bu zaman Samir Şirəliyev videodakı məkandan onun çay evində olduğunu müəyyənləşdirərək oraya gedib.

Zaur Yusifov çay evindən çıxıb mağazaya daxil olarkən S.Şirəliyev onu qətlə yetirib.
Samir Şirəliyevə bu qətl hadisəsinə görə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsilə ittiham verilib. Ona qarşı, həmçinin Cinayət Məcəlləsinin 228.4 (qanunsuz olaraq soyuq silah əldə etmə, saxlama) maddəsilə də ittiham irəli sürülüb. İddia olunur ki, üzərindən döyüş bıçağı da tapılıb.

Samir Şirəliyev bu ittihamlara münasibət bildirərkən özünü qismən təqsirli bilib. O, soyuq silahla bağlı ittihamı qəbul etməyib, özünü Cinayət Məcəlləsinin 120.1 maddəsilə təqsirli bilib.

S.Şirəliyev bildirib ki, Zaur Yusifovu ümumi təhlükəli üsulla öldürməyib. Əksinə, mağazada satıcını görəndə atəş açmayıb. Ehtiyat edib ki, güllə ona da dəyə bilər. Zaur Yusifov yerini dəyişəndən sonra piştaxtaların yanında ona atəş açıb. O qetd edib ki, xalası oğlu Emin Səfərov hələ uşaq vaxtlarından onların dolanışığına kömək edib, qayğı göstərib: “Emin mənə həm ata, həm ana, həm də qardaş olub. O, öldürüləndə mən müharibədə idim, hərbi xidmət dövrümə düşmüşdü. Onun ölümündən hərbi xidmətdən qayıdandan sonra xəbərim oldu. Zaur Yusifov həbsdən buraxılanda qərarlaşdırdım ki, ondan qisas alacam”.

Samir Şirəliyev cinayəti törədəndən sonra gedib xalası oğlunun Masallıdakı məzarını ziyarət edib, orada da təslim olmağı planlaşdırıb. Amma sonradan fikrini dəyişib: “Fikirləşdim ki, evdəkilərə narahatlıq yaradaram. Ona görə qərara gəldim ki, elə Cəlilabadda təslim olum. Cəlilabad rayon Polis Şöbəsinə gedib təslim oldum”.

Vəkillər Samir Şirəliyevin nəzərinə çatdırıb ki, xalası oğlunun qətlinə görə daha bir nəfər – Həsən Tağıyev də həbs olunub. Ona məhkəmənin hökmüylə 18 il həbs cəzası kəsilib. Elə həmin məhkəmə də Zaur Yusifovu təqsirsiz hesab edib, ona bəraət vermişdi. Belə olan halda, niyə Həsən Tağıyevi yox, Zaur Yusifovu hədəf seçməsini Samir Şirəliyev bu cür izah edib: “Həsən onu təkbaşına öldürə bilməzdi. Emini öldürmək onun başı üçün deyildi. Bilirdim ki, o öldürüb, sadəcə, məhkəmə nəyə görəsə, hansısa yolla bəraət verib”.

Xatırladaq ki, qətlə yetirən Zaur Yusifov kriminal aləmdə “Lotu Qulinin yaxın adamı” və “Emin 444” (avtomobilinin nömrəsinə görə) kimi tanınan Emin Səfərovu öldürməkdə təqsirləndirililərək həbs edilmişdi. Uzun müddət bu ölüm işinə görə Həsən Tağıyev adlı başqa bir təqsirləndirilən şəxslə birlikdə mühakimə olunan Zaur Yusifova sonda bəraət verilmişdi. O, 2021-ci ilin oktyabrında bəraət hökmüylə məhkəmə zalından azadlığa buraxılmış, Həsən Tağıyevə isə 18 il həbs cəzası kəsilmişdi.

Zaur Yusifovu qətlə yetirən 22 yaşlı Samir Şirəliyev mərhum Emin Səfərovun (Emin 44) xalası oğludur. //trend//





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR