Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

General "Qurd qapısı" qəbiristanlığında dəfn edildi - YENİLƏNİB

General "Qurd qapısı" qəbiristanlığında dəfn edildi - YENİLƏNİB

Tarix: 27-08-2022, 12:28

 

Ötən gün vəfat edən Fövqəladə hallar nazirinin müavini, daxili xidmət general-leytenantı Nazim Məmmədov dəfn olunub.

Mərhum "Qurd qapısı" qəbiristanlğında torpağa tapşırılıb.


Dəfn mərasimində yaxınları, Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və FHN əməkdaşları iştirak edib.

xxx

00:40

Xəbər verdiyimiz kimi, Fövqəladə hallar nazirinin müavini, daxili xidmət general-leytenantı Nazim Məmmədov vəfat edib.
Yaxınlarının  verdiyi məlumata görə, general-leytenant N. Məmmədov bir müddət bundan öncə koronavirusa yoluxubmuş. Aparılan müalicə tədbirlərinə baxmayaraq virus generalın tənəffüs orqanlarında fəsad yaradıb, nəfəs almağında çətinliklər yaranıb. 
Son günlərdə isə generalın vəziyyəti ağırlaşıb və o paytaxtda yerləşən klinikalardan birinə yerləşdirilib. İyirmi gün komada qalan N. Məmmədovu xilas etmək mümkün olmayıb və o vəfat edib.
Mərhum general bu gün "Qurd qapısı" qəbiristanlğında dəfn ediləcək.
Yas mərasimi isə avqustun 29-da Heydər məscidində keçiriləcək.
Seymur Əli

xxx

23:01

Fövqəladə hallar nazirinin müavini, daxili xidmət general-leytenantı Nazim Məmmədov vəfat edib.

Nazir müavini bu gün dünyasını dəyişib. 

Fövqəladə Hallar Nazirliyindən N.Məmmədovun ölüm xəbərini təsdiqləyiblər.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR