Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Bu gün bağçalara işə qəbul üzrə test imtahanı keçiriləcək

Bu gün bağçalara işə qəbul üzrə test imtahanı keçiriləcək

Tarix: 29-08-2022, 09:05

 
Bu gün məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start veriləcək.

“Report”un xəbərinə görə, 5 488 nəfər namizədin iştirakı planlaşdırılan müsabiqə Bakı, Sumqayıt, Gəncə, Yevlax, Mingəçevir şəhərləri və Salyan rayonu olmaqla ümumilikdə doqquz imtahan mərkəzində təşkil olunacaq.

Test imtahanlarında hər bir namizədə məzmun və metodikaya aid 40 sual, pedaqoji və psixoloji yanaşmalara aid 20 sual təqdim ediləcək. Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 120 dəqiqə vaxt ayrılması nəzərdə tutulub. Bu mərhələdə məzmun və metodika, həmçinin pedaqoji və psixoloji yanaşmalara aid test tapşırıqlarının hər biri bir bal olaraq hesablanacaq.

Ümumilikdə 60 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək. Qaydalara əsasən, məzmun və metodika, həmçinin pedaqoji və psixoloji yanaşmalara aid hər səhv cavablandırılmış test tapşırığı -0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsinə təsir göstərəcək.

Namizəd şəxsi səhifəsində qeyd olunan tarix və məkanda imtahanda iştirak etməlidir. Qeydiyyat prosesinə gecikən namizədlər imtahan binasına buraxılmayacaqlar.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR