Son Xəbər: COP29-da sərgilənən şirniyyatlarımız qonaqların marağına SƏBƏB OLDU – FOTO, Ermənistanda İran vətəndaşına məxsus yük maşını qəza uğrayıb, sürücü ölüb, “COP29 mənim üçün möhtəşəm bir təcrübə oldu” – Norveçli iştirakçı, Lukaşenko nədən qorxduğunu açıqladı: Həyatım boyu..., Prezident bu nazirə ali xüsusi rütbə verdi, Qarabağa avtobus reyslərinə dekabr ayı üçün biletlər satışa çıxarılır, Türkiyəli nazir: Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır, İmişlidə ölümlə nəticələnən yol qəzası olub, COP29-un on ikinci günündən FOTOREPORTAJ, Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib,

Fars-Molla rejiminin ZƏNGƏZUR ƏNDİŞƏSİ... - Və səfirin son açıqlaması...

Fars-Molla rejiminin ZƏNGƏZUR ƏNDİŞƏSİ... - Və səfirin son açıqlaması...

Tarix: 30-08-2022, 09:15



“İran Azərbaycanla transport əlaqələrini daha da genişləndirməyə davam edir”. Bunu Şuşaya səfəri çərçivəsində “Trend”in sualını cavablandıran İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.

“Buna misal olaraq, yeni çəkilən dəmir yollarını göstərə bilərik. İran Zəngəzur dəhlizinin əleyhinə deyil və İranın qardaş Azərbaycanla əsas koridoru mövcuddur. Bu əsas dəhliz Azərbaycan və Naxçıvanı artıq 30 ildir ki, bir-birinə bağlayır. Azərbaycan və Naxçıvan arasında bütün əlaqələr İran torpaqları vasitəsilə baş tuturdu. Biz indiyə qədər olan dəhlizi əsas hesab edirik. Təbii ki, alternativ dəhlizlər də olmalıdır. Yeni dəhlizin Azərbaycan və Ermənistanı birləşdirmək məsələsinə gəlincə, bu, hər iki ölkədən asılıdır və beynəlxalq məsələdir. Bizim ölkəmizin prinsipi odur ki, bir ölkə digər bir ölkənin, o cümlədən qonşularının milli maraqlarına təsir göstərə bilməz”, - deyə o bildirib.

Regionda əməkdaşlıq məsələsindən bəhs edən səfir qeyd edib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan 3+3 platforması regionda olan əməkdaşlığa töhfə verəcək. “Bu platformanın ilk iclası keçən il Moskvada baş tutdu. Bu il isə Tehranda keçiriləcək. Bu format çərçivəsində biz regionda olan problemləri dialoq yolu ilə həll edə bilərik. Biz regionda normallaşma, həmçinin Qarabağın yenidən qurulması, mina təmizlənməsi istiqamətlərində irəliləyiş görürük”, - deyə o əlavə edib.

Səfirin mövqeyi təqdir olunsa da, o da qeyd edilməlidir ki, hər dəfə Zəngəzur dəhlizinin açılması söhbəti gündəmə gələndə İranın reaksiyası heç də birmənalı olmayıb. Hətta ayrı-ayrı rəsmilər bəyan edirlər ki, hər vəchlə buna mane olacaqlar. İran bu mövqeyi ilə Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan, Rusiya, ABŞ və Avropa İttifaqının formalaşmış konsensusuna qarşı çıxırdı. Zəngəzur dəhlizi Cənubi Qafqazda yox, bütün Avrasiyada böyük əhəmiyyətə malik yeni kommunikasiya xəttidir. Rusiya üçün bu, Cənub istiqamətində və Türkiyə ilə logistika imkanlarıdır, eyni zamanda Şərq-Qərb dəhlizinin Türkiyə istiqaməti üzrə yeni qolunun açılmasını təmin edir. Ermənistanın isə nəqliyyat blokadasından çıxmasını şərtləndirəcək yeni imkandır. Bütün bunların fonunda İranın Zəngəzur dəhlizinin açılmasına açıq etiraz etməsi Tehranın özünü regional iqtisadi əməkdaşlıq formatından kənarda qoyması deməkdir. Hazırda Azərbaycan İranla birgə çox əhəmiyyətli təşəbbüsləri icra edir. Şimal-Cənub nəqliyyat dəhlizinin tamamlanmasını, Araz çayının su resurslarından birgə istifadə edilməsi, birgə müəssisələrin yaradılması, Türkmənistan qazının alınması ilə bağlı İranın iştirakı ilə bağlanmış saziş buna misaldır. Belə görünür ki, İran da regional reallığı qəbul etmək yolunu seçib, hər halda, səfirin bu açıqlaması Tehranın mövqeyi kimi təqdir edilməlidir. Amma o da maraqlıdır ki, Tehran bu bəyanatının arxasında sonadək duracaqmı?

Millitv.az-ın məlumatına görə, politoloq Oktay Qasımov “Yeni Müsavat”a bildirdi ki, İran səfirinin verdiyi açıqlama müsbət məqamları özündə ehtiva edir. Ümumiyyətlə, İranın Azərbaycandakı hazırkı səfirinin ritorikası yumşaqdır və hiss olunur, cənab Seyid Abbas Musəvi Azərbaycan-İran arasında münasibətlərin gərginləşməsini istəyən şəxslərdən deyil, bu da təqdir olunmalıdır: “O ki qaldı səfirin qeyd elədiyi məsələlərlə bağlı, əlbəttə, son illər xüsusilə də Azərbaycan tərəfinin daha çox səyləri nəticəsində Azərbaycanla İran arasında xeyli məsələlərdə əməkdaşlıq formatları və müstəviləri yaradılıb. Bunların içərisində də bir neçə böyük layihələr var. Bunlardan birincisi, Araz çayının hidroehtiyatlarından birgə istifadə, Araz çayı üzərində qurulan Xudafərin və Qız qalası qovşaqlarının tikintisi, onun həm enerji ehtiyatlarının, həm su ehtiyatlarının birgə istifadəsi məsələləri qeyd olunmalıdır. Digər məsələ, xeyli müddətdən bəri xüsusilə də Azərbaycanla Rusiya arasında aparılan danışıqlar nəticəsində Peterburqu Hindistanın Mumbay limanı ilə birləşdirəcək Şimal-cənub dəhlizinin yaradılması məsələsi idi ki, bunun da ən çox tamamlanmamış və görülməli işlər olacaq hissəsi İran ərazisidir. Bu məsələlərlə bağlı hətta Azərbaycan tərəfi işlərin sürətləndirilməsi üçün İrana güzəştli şərtlərlə maliyyə dəstəyi də verib. Üçüncü məqam keçən il Azərbaycan Prezidenti ilə İran Prezidentinin Türkmənistanda görüşü zamanı türkmən qazının İran üzərindən Azərbaycana ötürülməsi məsələsi oldu ki, bu da iki ölkə arasında əməkdaşlığın inkişafı üçün mühüm hadisə idi. O ki qaldı nəqliyyat əlaqələri məsələsinə, əlbəttə, Azərbaycan torpaqları işğal olunandan sonra İran ərazisindən konkret olaraq Biləsuvar üzərində Naxçıvanı birləşdirən xətt açıldı və Azərbaycanın materik hissəsindən Naxçıvana gedən yüklər, nəqliyyat vasitələri bu istiqamətdən daşınmağa başladı. Biz bu addımları müsbət qiymətləndiririk. Amma eyni zamanda bilirik ki, Naxçıvanı Azərbaycanın digər əraziləri ilə birləşdirən ən qısa, ən uyğun və ən sürətli dəhliz və yol Zəngəzurdan, konkret olaraq Mehri rayonu ərazisindən keçən yoldur. Bu məsələ 2020-ci il 10 noyabr üçtərəfli bəyanatında da öz əksini tapır. Bu bəyanatda Ermənistan öz üzərinə götürdüyü öhdəliyə sözügedən ərazidən Azərbaycan vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərinin daşınmasına, təhlükəsizliyinə təminat verir.

İran səfiri qeyd edir ki, İran tərəfi Zəngəzur dəhlizinin açılmasının əleyhinə deyil. Çox gözəl, biz bunu müsbət qiymətləndiririk. Amma nəzərə alınmalıdır ki, təxminən ay yarım əvvəl İranın dini lideri Zəngəzur dəhlizinin açılmasının əleyhinə olduğunu açıq şəkildə bildirib. Bunun ardınca İranın keçmiş bir neçə diplomatı, o cümlədən xarici işlər nazirinin müavini vəzifəsində çalışmış şəxslər tərəfindən və bəzi hərbçilər Zəngəzur dəhlizi ilə bağlı kəskin mənfi münasibətlərin ortaya qoyulmasının şahidi olmuşuq".

Politoloq qeyd etdi ki, səfirin açıqlaması nə qədər müsbət olsa da, İranın siyasətində hələ ciddi dəyişiklik olduğu açıq hiss edilmir: “İran bunu iki səbəbdən eləyə bilər. Qeyd etdiyimiz kimi, Zəngəzur dəhlizinin açılması məsələsi üçtərəfli bəyanatın şərtlərindən biridir. Digər məsələ isə bu dəhlizin açılmasında maraqlı olan dövlətlərin və qlobal güclərin imkanları, təsirləri var ki, İranın bunlara qarşı durmaq imkanları məhduddur. Bu dəhlizin açılmasında Azərbaycan və Türkiyə ilə bərabər Rusiya da maraqlıdır. Avropanın özündə və Orta Asiya türk cümhuriyyətlərinin və Çinin bu dəhlizin açılmasında ciddi maraqları var. İranın da bunlara sona qədər müqavimət göstərmək imkanları çatmayacaq. İran çalışır və çalışacaq ki, Orta dəhliz deyilən bu dəhliz İran ərazisindən keçsin. Amma bütün hallarda mən hesab edirəm ki, bir proses başlanıb. Bu proses yekunlaşmağa doğru gedir. Mehridən keçən Zəngəzur dəhlizi açılacaq və açılmalıdır. Bu mərhələnin sona yaxınlaşmaqda olduğunu müşahidə etməkdəyik. İranın bütün cəhdlərinə, həm pozitiv, həm neqativ bəyanatlarına baxmayaraq bu prosesin qarşısını sonadək almaq imkanları məhduddur. İran səfirin verdiyi pozitiv bəyanatın arxasında durub-durmayacağına dair dəqiq bir fikir söyləmək mümkün deyil. Bunu zaman göstərəcək”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR