Son Xəbər: Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub, Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir - TƏHLİL, İmişlidə zəlzələ olub, Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir, İlham Əliyev Donald Trampı təbrik edib, Hərbi vəzifəlilər təlim toplanışında praktiki atış çalışmaları icra ediblər, Neftin qiyməti 72 dolları ötüb, DÇ-2026: 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib, İctimai etimadın zirvəsində: İlham Əliyevin liderliyinə yüksək dəstəyin səbəbləri - ŞƏRH, Bakıda keçiriləcək dünya çempionatının rəsmi loqosu ictimaiyyətə təqdim olunub,

Bu ölkələr Ruslara viza qadağası tətbiq edilməsinə qarşı çıxıb

Bu ölkələr Ruslara viza qadağası tətbiq edilməsinə qarşı çıxıb

Tarix: 30-08-2022, 18:29

 

Fransa və Almaniya Rusiya vətəndaşlarına Aİ ərazisində turizm vizasının verilməsinin dayandırılması barədə təklifi rədd edib.
Almaniya və Fransa xarici işlər nazirləri Avropa İttifaqının ruslara turizm vizalarına qadağa qoyması təklifinə qarşı çıxış edərək, bunun qeyri-məhsuldar olacağını bildiriblər.


Aİ-nin Şərqi Avropa və Skandinaviyadan olan üzvləri belə bir qadağanı qəti şəkildə dəstəkləyərək, Aİ-yə səyahətin hüquq deyil, imtiyaz olduğunu və ölkələrinin Ukraynanı işğal etdiyi bir vaxtda rusların Avropa çimərliklərində əylənməsinə icazə verilməsinin qəbuledilməz olduğunu bildirib.

"Reuters"in əldə etdiyi Almaniya və Fransanın hələ dərc olunmamış ortaq bəyanatında isə bildirilib ki, bu addım gələcək nəsilləri bir-birindən uzaqlaşdıracaq.

"Biz Rusiya hökumətinin "narrativi"nin qidalanmasının, vahid bayraq ətrafında toplaşmaq və yaxud gələcək nəsilləri bir-birindən uzaqlaşdırmaq kimi gözlənilməz nəticələrin qarşısını almaq üçün viza siyasətimizə qarşı geniş məhdudiyyətlərlə bağlı xəbərdarlıq edirik", ortaq sənəddə qeyd olunub.
Aİ diplomatlarından biri isə deyib ki, bu məsələ ilə bağlı fikir ayrılığı Praqada nazirlərin iki günlük görüşündə viza qadağası ilə bağlı razılaşmanın mümkünsüz olması deməkdir.

Ukrayna xarici işlər naziri Dmitri Kuleba da Avropa ölkələrini Rusiya vətəndaşlarına viza verməməyə çağırıb.

XİN başçısı Kuleba bu barədə "Twitter"də bildirib.

"Aİ-yə səyahət Rusiyanın transformasiyasına heç bir təsir göstərmədi. 2007-ci ildə viza rejiminin sadələşdirilməsindən sonra Moskva Gürcüstana hücum etdi, Ukraynaya qarşı müharibəyə başladı, çoxsaylı cinayətlər törətdi– bunların hamısını xalqın böyük dəstəyi ilə etdi. Rusiyanı dəyişdirmək üçün rus turistlərin üzünə qapını bağlayın", Kuleba deyib.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR