Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Zelenski Toskanadakı villasını ruslara icarəyə verib?

Zelenski Toskanadakı villasını ruslara icarəyə verib?

Tarix: 1-09-2022, 09:06

 
İtaliyanın “ il Tirreno ” qəzeti Ukrayna prezidenti Volodimir Zelenskiyə məxsus Forte dey Marmi şəhərindəki villanın Londonda yaşayan bir neçə Rusiya vətəndaşına kirayə verildiyini yazıb.

Yerli daşınmaz əmlak agentliyi avqust ayı üçün 50-70 min avroya villa kirayələmək istəyən koreyalı turistlərlə danışıqlar aparırdı, lakin sövdələşmə baş tutmayıb. Sonra Londondan olan bəzi ruslar evi icarəyə götürüblər və onlar avqust ayında tətillərini Ukrayna prezidentinin villasında keçirdiblər

Öz növbəsində “ La Stampa ” qəzeti rieltor Klaudio Salvini ilə əlaqə saxlayıb və o, bunun saxta xəbər olduğunu bildirib. O, villanın sahiblərinin qadağasına uyğun olaraq Rusiya vətəndaşlarına icarəyə verilmədiyini, ancaq iki həyat yoldaşının həqiqətən də orada istirahət etdiyini vurğulayıb. Salvini onların haradan gəldiyini dəqiqləşdirməyib. Onun sözlərinə görə, ev artıq boşaldılıb. Agent yoldan keçən birinin rus dilini eşitdiyini və evi rusların icarəyə götürdüyünə qərar verdiyini söyləyib, o qeyd edib ki, bəlkə villada “rus qonaqları” ola bilər.

Bundan əvvəl Forte dei Marmi şəhərinin meri Bruno Murzi bildirib ki, formal olaraq villa Zelenskiyə deyil, Kipr şirkətinə məxsusdur. O qeyd edib ki, heç kim Zelenskinin özünü villada görməyib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR