Son Xəbər: Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib,

“Türkiyənin yeni konstitusiyaya ehtiyacı var” - Ərdoğan

“Türkiyənin yeni konstitusiyaya ehtiyacı var” - Ərdoğan

Tarix: 1-09-2022, 20:58

 

Son 20 ildə Türkiyədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına, qanunun aliliyinin möhkəmləndirilməsinə yönəlmiş mühüm islahatlar həyata keçirilib.

Bunu cümə axşamı Türkiyə Ali Məhkəməsində çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan deyib.

O, qeyd edib ki, Türkiyənin hazırkı Konstitusiyası 1982-ci ildə qəbul edilib və bir sıra dəyişikliklərə baxmayaraq, artıq dövrümüzün çağırışlarına cavab vermir.

Türkiyə lideri xatırladıb ki, hakim Ədalət və İnkişaf Partiyası ötən il ölkənin Əsas Qanun layihəsini hazırlayıb, lakin bu təşəbbüs digər siyasi qüvvələr tərəfindən lazımi dəstək almayıb.

Prezident Ərdoğan həmçinin bildirib ki, Türkiyə artıq bir sıra ölkələrdə tətbiq olunan “hüquqi müdafiə sığortası” sistemini tətbiq etməyi planlaşdırır.

“Müəyyən dairələr Türkiyənin məhkəmə sistemini cinayət təşkilatlarının alətinə çevirməyə çalışır. Biz buna imkan verməyəcəyik! Dünya ictimaiyyəti birdəfəlik dərk edir ki, Türkiyə Cümhuriyyəti qaranlıq qüvvələrin rəhbərlik etdiyi dövlət deyil”, - deyə dövlət başçısı qeyd edib.

Türkiyə prezidenti daha sonra Avropa İnsan Haqları Məhkəməsini (AİHM) tənqid edib. Ərdoğan AİHM-i ədalət prinsiplərindən uzaq siyasi motivli qərar qəbul edən qurum adlandırıb:

“Türkiyədən söhbət gedəndə siyasi motivli hökmlər verilir, Almaniya və ya Fransada iddialar müzakirə olunanda isə tamam başqa planla qərarlar verilir”, - deyə dövlət başçısı bəyan edib.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR