Son Xəbər: Aİ-nin Ermənistandakı yeni missiyasının əsas fəaliyyət istiqamətləri açıqlanıb, TƏBİB: Metrodakı hadisə ilə bağlı 2 nəfər xəstəxanaya yerləşdirilib, 9 nəfərə yerində yardım göstərilib, Onlar da güzəştli ipoteka kreditindən yararlana biləcək - Fərman, Vilayət Eyvazovdan yetkinlik yaşına çatmayanlarla bağlı - Tələb, 3 ayda 7738 cinayət qeydə alınıb - 85,9 faizinin üstü açılıb, Metronun fəaliyyəti bərpa olundu - Yenilənib, Ukrayna Rusiyanın neft stansiyasına hücum edib, yanğın baş verib, Soheyl Mahmud: Azərbaycanın təşəbbüsü D-8 çərçivəsində əməkdaşlığa təkan verəcək, Bakı metrosunun bütün stansiyalarına giriş müvəqqəti məhdudlaşdırılıb, Kənar dairəvi yolda minik maşını "Kamaz"la toqquşub, ölən və xəsarət alanlar var,

"Gəlirlərimiz artıb" - Dövlət başçısı

"Gəlirlərimiz artıb" - Dövlət başçısı

Tarix: 3-09-2022, 16:54

 

"Gəlirlərlə bağlı onu demək istəyirəm ki, belə bir ümumi fikir var: yüksək neft qiymətləri ixracatçılara həddindən artıq əlavə sərvət gətirir. Bəli, bu, doğrudur. Bizim gəlirlərimiz artıb".

Bunu Prezident İlham Əliyev sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinin müxbiri Roberto Boncorniyə müsahibəsində deyib.

"Ancaq, eyni zamanda, biz kapital bazarlarında pul itirmişik, çünki bizim Dövlət Neft Fondunun sərvətləri müxtəlif alətlərdədir. Kapital bazarı çöküb. Ona görə də biz digər suveren fondlar kimi pul itirmişik, ancaq elə də çox pul itirməmişik. Bəzi suveren fondlar 100 milyard dollardan çox vəsait itiriblər. Biz 2-3 milyard dollar itirmişik.

Şaxələndirməyə gəldikdə isə, əlbəttə ki, ixracımızı şaxələndirməyimizdən asılı olmayaraq, bizim qeyri-neft və qeyri-qaz ixracımız neft və qaz ixracına uyğun gəlməyəcək. Çünki neft və qaz ixracı artır. Məsələn, keçən il biz İtaliyaya 9,6 milyard kubmetr, bu ilin 7 ayında isə 11 milyard kubmetr təbii qaz ixrac etmişik. Qazın qiyməti düşdü. Beləliklə, şaxələndirmə bizim üçün ümumi daxili məhsulda öz əksini tapan statistika deyil, o, xalqımız üçün iş yerləri təmin etmək və yaxşı həyat şəraiti yaratmaq deməkdir. Məsələn, bu ilin altı ayındakı ümumi daxili məhsulumuza baxsanız, nə görəcəksiniz? Ümumi daxili məhsul 6,2, qeyri-enerji sektorunda isə demək olar ki, 10 faiz, qeyri-enerji ilə bağlı sənayedə isə 11 faizdən çox artıb, qeyri-enerji ixracı 25 faiz artıb. Beləliklə, bu, göstərir ki, artım göz qabağındadır, ancaq bu, kifayət deyil. Buna görə də bizim daha çox islahatlara, qeyri-enerji sektorunda daha çox sərmayəyə və bunu üçün də, əlbəttə ki, biznes mühitinə ehtiyacımız var. Əlbəttə ki, o sahədə irəliləyişlər var. Lakin bütün bu bürokratik maneələri və keçmiş sovet dövrünün psixoloji mirasını aradan qaldırmaq üçün hələ də çox iş görməliyik", - Prezident İlham Əliyev bildirib.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR