Son Xəbər: Zelenski Trampla danışıqlardan öncə Kanadanın Baş naziri ilə görüşəcək, Şahbuzda avtomobil qaz xəttinə çırpılıb, 450 nəfər qazsız qalıb, KİV: Türkiyə yanvarın 1-dən Ermənistanla sərhədi qismən açmağa hazırdır, Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib, Sabah Bakıda yağış və sulu qar yağacaq, güclü külək əsəcək, Mədəniyyət Nazirliyinin tabeliyindəki şirkətin rəhbərliyi dəyişib, KİV: İranla Şimali Koreya arasında şübhəli maliyyə əməliyyatları aşkarlanıb, Gürcüstanda Ukrayna vətəndaşlarına sosial yardımın müddəti uzadılıb, DİN bayramda azad olunan ərazilərə səfərə çıxanlara müraciət edib - VİDEO, Rusiya Kiyevə və ətraf bölgəyə kütləvi hücumlar edib, xəsarət alanlar var,

Bu gün görkəmli aktyor Səyavuş Aslanın doğum günüdür

Bu gün görkəmli aktyor Səyavuş Aslanın doğum günüdür

Tarix: 5-09-2022, 08:57

Bu gün Azərbaycanın görkəmli teatr və kino aktyoru, xalq artisti Səyavuş Aslanın doğum günüdür.

"Şərəf" ordenli sənətkarın 87 yaşı tamam olur.

Realist aktyor məktəbinin görkəmli nümayəndələrindən biri olan Aslanov Səyavuş Məmmədağa oğlu 1935-ci il sentyabr ayının 5-də Bakıda doğulub. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Daram Teatrında çalışıb.

Reklamınızı SmartBee ilə effektiv edin.

Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından biri olub. 1994-1996-cı illərdə həmin teatrın bədii rəhbəri olub.

1984-cü ildə xalq artisti Məlik Dadaşovun quruluş verdiyi Sabit Rəhmanın "Nişanlı qız" komediyasında Mindilli obrazını ifa etmək üçün Akademik Milli Dram Teatrına dəvət edilib. Həmin tamaşanın uğurlu taleyi və ürəyində olan Dram Teatrında çalışmaq istəyi onu həmişəlik bu teatra bağlayıb.

O, Milli Dram Teatrının səhnəsində biri-birindən maraqlı obrazlar yaradıb. Aktyorun Milli Dram Teatrının səhnəsində ifa etdiyi son rolu Otia İoselianinin "Kaş araba aşmayaydı!" tamaşasında Aqabo Boqveradze obrazı olub.

Səyavuş Aslan "Azərbaycanfilm" kinostudiyası və Dövlət Televiziyasının çəkdiyi yüzlərlə film və tamaşalarda zəngin obrazlar qalareyası yaradıb.

Görkəmli sənətkar 2013-cü il iyunun 27-də uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR