Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Polisə “dur get, internetimi düzəlt” dedi, həbs edildi

Polisə “dur get, internetimi düzəlt” dedi, həbs edildi

Tarix: 6-09-2022, 15:38

 

Qəbələdə sərxoş halda polis məntəqəsinə daxil olaraq insident törədən şəxs həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl rayonun Vəndam qəsəbəsində baş verib. Qəsəbə sakini, 1981-ci il təvəllüdlü Q. Ağayev yaşadığı evdə spirtli içki qəbul etdikdən sonra evdə internetin kəsildiyini görüb. Daha sonra yaşadığı ünvanı tərk edərək qəsəbənin mərkəzinə doğru hərəkət edib. Burada o, Qəbələ Rayon Polis Şöbəsinin sahə müvəkkilinin olduğu polis məntəqəsinə daxil olub. Sahə rəisi olan polis baş leytenantından evinin internetini düzəltdirməyini tələb edib və söyüş söyərək səs-küy salıb. Əraziyə əlavə polis əməkdaşları dəvət edildikdən sonra 41 yaşlı şəxs saxlanılaraq Qəbələ RPŞ-yə aparılıb. Onun barəsində inzibati protokol tərtib edilib və məhkəməyə göndərilib.

Qəbələ Rayon Məhkəməsində hadisə barədə ifadə verən polis sahə rəisi bildirib ki, sərxoş şəxs qəfil şəkildə onun xidməti otağına daxil olub: “Saat 14:45 radələrində Vəndam qəsəbəsində polis sahə rəisləri üçün nəzərdə tutulmuş polis məntəqəsində xidməti işimlə məşğul olarkən sonradan adını öyrəndiyim şəxs otağa daxil olub heç bir səbəb göstərmədən uca səslə “tez dur get, mənim internetimi düzəlt” deyərək qışqırmağa başladı, ünvanlı-ünvansız nalayiq söyüşlər söyməyə başladı. Həmin şəxsi sakitləşdirməyə çalışıb onun aqressiv olma səbəbini öyrənmək istədim. Vətəndaşın qeyri-ixtiyari hərəkətlər etdiyini müşahidə etdim və yaxın məsafədən nəfəsindən spirtli içki qoxusu gəldiyini hiss etdim. Səs-küyü eşidən polis sahə nəfəri otağa gələrək mənimlə birgə onu məntəqədən çölə çıxartmağa çalışdı, lakin o, tələbimizə qəsdən tabe olmayaraq sakitləşmədi”.

Qəbələ Rayon Məhkəməsinin qərarı ilə Q.Ağayevə 10 sutka həbs cəzası verilib.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR