Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Gömrük generalı bu səbəbdən vətəndaşlar tərəfindən DÖYÜLÜBMÜŞ

Gömrük generalı bu səbəbdən vətəndaşlar tərəfindən DÖYÜLÜBMÜŞ

Tarix: 7-09-2022, 12:10

 

Xəbər verdiyimiz kimi,  Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi, general-mayor Kənan Məmmədov ötən gün işdən çıxarılıb və onun barəsində cinayət işi başlanıb.

Mediabiz.az  Kənan Məmmədovla bağlı maraqlı faktlar əldə edib.

Belə ki, əslən Naxçıvandan olan K.Məmmədov əvvəllər Qazax rayonunda yerləşən Qırmızı-Körpü gömrük postunun rəisi işləyib. Onun həmin postdakı fəaliyyəti rayon sakinlərinin ciddi etirazına səbəb olub. Hətta Kənan Məmmədov bir neçə dəfə onları incitdiyi üçün Qazaxın bir neçə kəndinin sakinləri tərəfindən döyülüb. 

Onu da qeyd edək ki, həmin dövrdə DGK-nin sədr müavini olan Səfər Mehdiyevlə Kənan Məmmədovun arasında dostluq münasibətləri olub. 

Səfər Mehdiyev DGK-nin sədri təyin olunduqdan sonra Kənan Məmmədovu Bakı Şəhər Baş Gömrük İdarəsinin rəisi təyin edib və ona general-mayor rütbəsi almasında köməklik göstərib. K.Məmmədov həmin idarəyə rəhbərlik etdiyi dövrdə isə əsasən ölkəyə mebel gətirən sahibkarların fəaliyyətinə mane olub. Belə ki, o sahibkarları yalnız özünün müəyyən etdiyi karqo şirkətləri ilə işləməyə məcbur edibmiş.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR