Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Britaniyada milli matəm elan edildi: Tədbirlər təxirə salındı, himn və pul dəyişdirildi

Britaniyada milli matəm elan edildi: Tədbirlər təxirə salındı, himn və pul dəyişdirildi

Tarix: 9-09-2022, 21:40

 

Böyük Britaniyada sentyabrın 9-da bir gün əvvəl vəfat edən mərhum monarx üçün milli matəm başlayıb.

Böyük Britaniya hökuməti Kraliça II Yelizavetanın xatirəsinə matəmin hansı formada tətbiq ediləcəyi ilə bağlı tövsiyələr verib.

Kraliça II Yelizaveta sentyabrın 8-də 97 yaşında və hakimiyyətinin 71-ci ilində vəfat edib. O, Şotlandiyanın Balmoral qəsrindəki yay iqamətgahında dünyasını dəyişib.

Onun ölümündən sonra ilk oğlu, taxtın 73 yaşlı varisi Şahzadə Çarlz Britaniya monarxı olub. O, III Karl adı ilə taxta çıxıb.

Ölkə daxilində bir çox idman tədbirləri, o cümlədən futbol və kriket matçları ləğv edilib. İngiltərə Futbol Liqasının birinci divizionu olan Premyer Liqa həftəsonu keçiriləcək bütün matçların təxirə salınacağını açıqlayıb.

Dünyanın ən böyük musiqi tədbirlərindən biri olan “BBC Proms”un cümə günü buraxılışı da ləğv edilib.

Məzuniyyət gecələrinin son gecəsi, şənbə gününə planlaşdırılan möhtəşəm bağlanış konserti də ləğv edilib.

İngiltərə və Uelsdə kraliçanın ölümündən sonra nağd pulların dəyişdirilməsinə başlanacağı gözlənilir. Çünki İngiltərə Bankı tərəfindən buraxılan bütün əskinas və sikkələrdə mərhum monarxın portreti var.

Britaniya milli himninin sözlərinin də bu həftə sonu rəsmi olaraq dəyişdiriləcəyi nəzərdə tutulur. Belə ki, 1952-ci ildən bəri himnin mətnində “Kraliçanı qoru, Allah” (“God Save the Queen”)  sətiri əksini tapır. Bu sətrin “Allah, Kralı qoru” olaraq dəyişdirilməsi düşünülür.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR