Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

DYP-nin rəsmi “Youtube” kanalı istifadəyə verildi

DYP-nin rəsmi “Youtube” kanalı istifadəyə verildi

Tarix: 12-09-2022, 19:58

 
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəsmi “Youtube” kanalı istifadəyə verilib.

DYP-dən verilən məlumata görə, “BAŞ DÖVLƏT YOL POLİSİ İDARƏSİ” adlı kanalda Dövlət Yol Polisi xidmətinin gündəlik fəaliyyəti ilə bağlı xəbərlər, foto və video görüntülər, təhlillər, monitorinqlərin nəticələri, proqnozlar, ekspert və mütəxəssis rəyləri, yol qəzaları haqda eksklüziv məlumatlar, canlı bağlantılar, xüsusi fotobank təqdim edilir.

DİN-in Baş DYP İdarəsi tərəfindən istifadəyə verilən növbəti sosial şəbəkə seqmentinin yol hərəkəti iştirakçıları arasında aktiv təbliğat-təşviqat və maarifləndirmə işinin aparılmasına, bu sahədə qarşıya qoyulmuş vəzifələrin uğurlu həlli üçün əhalinin birgə iştirakçılığa cəlb edilməsinə əhəmiyyətli töhfə verəcəyi nəzərdə tutulur. 

Ölkəmizdə yol hərəkəti təhlükəsizliyinə dair icra edilən Dövlət Proqramının məqsədlərinə uyğun olaraq yaradılan kanala istifadəçilər tərəfindən aidiyyəti foto və ya video materiallar, təkliflər göndərilə bilər.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR