Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Şəhidin qardaşını videoya çəkən araşdırılır, bəs yayan kimdir?

Şəhidin qardaşını videoya çəkən araşdırılır, bəs yayan kimdir?

Tarix: 16-09-2022, 22:45

 

Xəbər verdiyimiz kimi, şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun yayılan videosu ilə bağlı dövlət qurumları hərəkətə keçib. Artıq Baş Prokurorluğun hadisə ilə bağlı açıqlamasında videonun araşdırılacağı və təqsiri müəyyən ediləcək şəxslərin məsuliyyətə cəlb ediləcəyi bildirilib.

Videonun Müdafiə Nazirliyində lentə alındığı deyilsə də, nazirlik məsələ ilə bağlı açıqlamasında sosial şəbəkələrdə paylaşılan məlum foto və video görüntülərin onlarla heç bir əlaqəsi olmadığını qeyd edib. 

Görüntülərin sosial şəbəkələrdə necə yayılması ilə bağlı müzakirələr səngimir. Videonu feysbukda ictimailəşdirən tanınmış bloqer Həbib Müntəzir məsələyə aydınlıq gətirib. O bildirib ki, görüntünü  "Kyrill_Tnews" teleqram kanalından götürüb. Lakin daha sonra kanal bağlanıb. 

“Video Telegram kanallarında yayılmışdı və mən də ordan götürmüşəm, qınamışam. Telegramdakı kanalın adı "Kyrill_Tnews". Söz-söhbət yayılan kimi, kanalı “private” etdilər”, - deyə Həbib Müntəzir qeyd edib.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR