Son Xəbər: Şuşa Rəqəmsal İdarəetmə Mərkəzi ilə şəhərin dayanıqlı və fasiləsiz elektrik enerjisi təchizatı təmin olunur, Zəngəzur dəhlizi niyə müzakirə olunmadı? - VİDEO, İspaniya mətbuatı: “Qarabağ” Miçellə Marselonun debütündə “Olimpiakos”u utandırdı, Putin və Zelenski G20 sammitinə gəlməyə RAZILAŞDILAR, Prezidentin Rusiyaya səfəri başa çatdı, Xəzər dənizində Rusiya gəmiləri toqquşdu - Ölən var+Yenilənib, Jurnalistlər üçün müsabiqə elan edildi, “Yaxşı olardı ki, Ermənistan dörd minə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirsin”, Lukaşenko Putinə ad günündə traktor hədiyyə etdi - Foto, Sumqayıt-Bakı qatarına yeni reyslər əlavə olunub - Cədvəl,

Rusiyalılar fantastik qiymətə bilet alıb ölkədən çıxırlar

Rusiyalılar fantastik qiymətə bilet alıb ölkədən çıxırlar

Tarix: 21-09-2022, 18:33



Rusiya Prezidenti Vladimir Putinin bu gün ölkədə qismən səfərbərlik elan etməsindən sonra vətəndaşlar arasında təşviş müşahidə edilir. Belə ki, bu gündən ölkənin bir çox şəhərində etiraz aksiyalarının keçirilməsi planlaşdırılır. Sözügedən xəbər, hətta Rusiyada bilet satışlarına da təsirsiz ötüşməyib.

Mediabiz.az Rusiya mediasına istinadən xəbər verir ki, Moskvadan İstanbul, İrəvan, Bakı və viza tələb etməyən digər qonşu ölkələrə yaxın günlər üçün birbaşa reyslərə biletlər başa çatıb.

“Aviasales” xidmətinin məlumatına görə, hazırda Moskvadan İstanbula 23 sentyabrdan tez olmaqla bilet almaq mümkün deyil və onun qiyməti 76 min rubldur (2107 manat). Sözügedən reys isə “Aeroflot” şirkətinə məxsusdur.

Şirkətin məlumatına görə hazırda bilet yoxdur. İstanbula ən yaxın əlçatan reys isə 25 sentyabrda olacaq və biletin qiyməti 58,6 min rubl (1640 manat) təşkil edir.

“Turkish Airlines” şirkətində isə analoji reysə bileti 24 sentyabr tarixindən tez əldə etmək mümkün deyil və bu, hazırda 81 min rubldan (2268) bahadır.

Bildirilir ki, oxşar vəziyyət Moskva-İrəvan reysində də yaşanıb. Belə ki, “Aeroflot” şirkətinin saytında 23 sentyabr tarixi üçün biletlər ancaq biznes sinfi üçün qalıb və biletin qiyməti 122 min rubldan (3416 manat) başlayır. 24 sentyabr üçün isə İrəvana bileti 62 min rubla (1736 manat) əldə etmək mümkündür.

Qeyd olunur ki, “Aeroflot” şirkətində Bakıya da birbaşa reysləri 23 sentyabrdan tez əldə etmək mümkün deyil və biletin qiyməti 74,5 min rubl (2086 manat) təşkil edir.

21 sentyabr Moskva vaxtı ilə 12:00-a olan məlumata görə isə, “Azərbaycan Hava Yolları”ından 22 sentyabr tarixi üçün 1218 manata, 24 sentyabrdan başlayaraq isə 668 manata bilet almaq mümkündür.

“Anadolu” agentliyinin də apardığı araşdırmaya görə, 21 sentyabr üçün Rusiyadan xarici ölkələrə həyata keçirilən reyslərə biletlər başa çatıb.

Eyni zamanda, “Rusiya Dəmiryolları” və “Aeroflot” şirkəti bilet alışı zamanı Hərbi Komissarlıqlardan arayış tələb olunmasına dair yayılan məlumatları təkzib edib. Hər iki qurumdan bildirilib ki, onlara çağırış yaşında olan kişilərdən arayış tələb olunmasına dair göstəriş daxil olmayıb: “Hazırda bilet satışı hər hansı əlavə məhdudiyyətlər olmadan həyata keçirilir”.

Bununla yanaşı, Rusiyada səfərbərliklə bağlı məlumat yayıldıqdan sonra ölkədə “Google” axtarış sistemində “təyyarə bileti”, “bilet”, və “xaric” kimi sözlərin axtarışı artıb.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR