Son Xəbər: Azərbaycanla Özbəkistan arasında geoloji kəşfiyyat üzrə birgə müəssisə yaradılır, Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər, Nazirlər Kabinetində 2029-cu il əhalinin siyahıyaalınmasına həsr olunan iclas keçirilib, Şənbə günü Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq, İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib, İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib, Peter Pelleqrini Bakı haqqında: Qız qalası yaxınlığındakı küçələr xoşuma gəlir, DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlanıb, Çin Səfirliyi: Pekin ABŞ-dəki seçkilərə müdaxilə etməyib, Bakının bir sıra yollarında tıxac yaranıb,

Şabrandakı qəzada xəsarət alanların vəziyyəti açıqlandı - YENİLƏNİB

Şabrandakı qəzada xəsarət alanların vəziyyəti açıqlandı - YENİLƏNİB

Tarix: 23-09-2022, 13:00

Şabrandakı qəzada xəsarət alanların vəziyyəti açıqlandı - YENİLƏNİB

Şabran rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alan 12 nəfərin müalicəsi TƏBİB-in tabeliyindəki tibb müəssisələrində davam etdirilir.

TƏBİB-dən verilən məlumata görə, hazırda xəsarət alanlardan 10 nəfər Şabran Rayon Mərkəzi Xəstəxanasında, 2 nəfər isə Kliniki Tibbi Mərkəzdə müalicə alır.


Şabran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində müalicə alan 1 nəfərin vəziyyəti ağır, Cərrahiyyə şöbəsində müalicə alan 1 nəfərin vəziyyəti orta ağır, 8 nəfərin vəziyyəti isə orta stabildir.

Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində müalicə alan 1 nəfərin vəziyyəti ağır, Travmatologiya şöbəsində müalicə alan 1 nəfərin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.

Xəstəxanaya yerləşdirilən şəxslərin diaqnozları əsasən döş qəfəsinin travması, çox saylı qabırğa sınıqları, kəllə-beyin travmaları, üz, baş, bədən nahiyələrində olan yaralar və s. ilə bağlıdır.

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb, bir nəfər isə tibb müəssisəsinə gətirilərkən yolda dünyasını dəyişib.

***21:37

Şabran rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alan 14 nəfərin müalicəsi TƏBİB-in tabeliyindəki Şabran Rayon Mərkəzi Xəstəxanasında aparılır.

Xəstəxanaya yerləşdirilən şəxslərin diaqnozları əsasən döş qəfəsinin travması, çox saylı qabırğa sınıqları, kəllə-beyin travmaları, üz, baş, bədən nahiyələrində olan yaralar və s. ilə bağlıdır.

Xəsarət alan şəxslərin müalicələri tibb müəssisəsinin Reanimasiya və Cərrahiyyə şöbələrində aparılır. Onlardan birinin vəziyyəti ağır, digərlərinin vəziyyəti orta ağırdır.

Xəstəxanaya yerləşdirilən 2 nəfər isə TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə təxliyyə edilib. 

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan bir nəfər xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.

20:48

Baş vermiş qəzada xəsarət alan 17 nəfər TƏBİB-in tabeliyində fəaliyyət göstərən Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

TƏBİB-dən  verilən məlumata görə, onlardan 1 nəfər ölüb, 2 nəfər Kliniki Tibbi Mərkəzə göndərilib.Hazırda 14 nəfərin müalicəsi Şabran Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə və Reanimasiya şöbələrində davam etdirilir.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR