Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Şəhid anası bu səbəbdən vəfat edib - YENİLƏNİB

Şəhid anası bu səbəbdən vəfat edib - YENİLƏNİB

Tarix: 26-09-2022, 12:11

 

Şəhid Anar Kazımovun anası Səyyarə Alıyevanın ölüm səbəbi açıqlanıb.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından verilən məlumata görə, 1970-ci il təvəllüdlü Səyyarə Alıyeva Abbas Səhhət adına xəstəxanada sentyabrın 24-ü ginekoloji əməliyyat keçirib.


Əməliyyatdan bir sutka sonra tromboemboliya diaqnozu ilə dünyasını dəyişib.

***23:21

Şəhid anası dünyasını dəyişib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilir ki, bu ilin avqustun 4-də  Qarabağdakı erməni separatçılarının açdığı atəş nəticəsində şəhid olan Anar Kazımovun anası Səyyarə Kazımova Şəmkirin  Qaracəmirli kəndində dünyasını dəyişib.

Şəhid anasının ötən gün halının pisləşdiyi, xəstəxanaya aparıldığı bildirilir. Aparılan müalicə tədbirlərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb. 





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR