Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Ukraynanın 4 vilayətinin Rusiyaya daxil olmasına dair sazişlər imzalandı - YENİLƏNİB

Ukraynanın 4 vilayətinin Rusiyaya daxil olmasına dair sazişlər imzalandı - YENİLƏNİB

Tarix: 30-09-2022, 18:37

 

Ukraynanın dörd regionunun Rusiyaya birləşdirilməsi haqqında müqavilələr imzalanıb.

Böyük Kreml Sarayının Georgiyevsk zalında təntənəli mərasim keçirilib. Rusiya Prezidenti Vladimir Putin və Ukraynanın dörd separatçı regionunun başçıları  arasında Donentsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiya Federasiyası ərazisinə daxil olması haqqında müqavilələr imzalanıb.

***16:21

Rusiya dövlətinin prezidenti Vladimir Putin Kremldə Ukraynanın işğal olunmuş ərazilərinin ilhaqı ilə bağlı ruslara müraciətlə çıxış edib.

Putinin çıxışı saat 15:00-a planlaşdırılsa da, lakin onun çıxışı gec başlayıb. 

Xatırladaq ki, sentyabrın 23-dən 27-dək Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərinin müvəqqəti ələ keçirilən hissələrində Rusiyaya birləşmə ilə bağlı psevdoreferendumlar keçirilib. 

Bu gün, sentyabrın 30-da rus diktatoru Vladimir Putin Rusiyanın bütün qondarma siyasi elitasını Kremlə "bayram müraciəti" üçün toplayıb. 





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR