Son Xəbər: Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib,

Azərbaycan bu şuraya üzv seçildi

Azərbaycan bu şuraya üzv seçildi

Tarix: 3-10-2022, 19:38

 
26 sentyabr - 14 oktyabr tarixlərində Buxarest şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Səlahiyyətli Konfransı keçirilir.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən  verilən məlumata görə, konfrans çərçivəsində 3 oktyabr 2022-ci il tarixində BTİ Şurasının 2023-2026-cı illər üzrə üzvlüyünə, həmçinin BTİ-nin Radio Tənzimləmə Komitəsinin 2023-2026-cı illər üzrə üzvlüyünə seçkilər keçirilib.

“Kifayət qədər rəqabətli şəraitdə keçirilmiş seçkilərin nəticələrinə əsasən, Azərbaycan Respublikası olduqca yüksək göstəricilərlə - 154 səslə BTİ Şurasının üzvlüyünə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Sahibə Həsənova isə 114 səslə BTİ-nin Radio Tənzimləmə Komitəsinin üzvlüyünə seçilib. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi hər iki namizədliyə dəstək verən bütün dövlətlərə öz minnətdarlığını bildirir”, - qeyd olunub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR