Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Vətəndaşlara bank adından pul təklifi ilə fişinq mesajlar göndərilir - XƏBƏRDARLIQ

Vətəndaşlara bank adından pul təklifi ilə fişinq mesajlar göndərilir - XƏBƏRDARLIQ

Tarix: 18-10-2022, 18:42



Elektron Təhlükəsizlik Xidməti vətəndaşları “Kapital Bank” ASC adından göndərilən fişinq mesajları barədə xəbərdar edib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən  bildirilib ki, son günlər “Kapital Bank”ın adından veb-səhifə yaradılaraq vətəndaşlara fişinq mesajları göndərilir və pul vəsaiti təklif olunur.

"Onlardan vəd olunan məbləği əldə etmək üçün təqdim olunan saxta veb-səhifəyə bank və digər fərdi məlumatlarını daxil etmək tələb edilir. Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə vədlərə etimad etməməyi, şübhəli keçidlərə daxil olmamağı tövsiyə edir. Hər hansı şirkət və ya qurum adından belə məlumatlar aldıqda öncə həmin müəssisə ilə əlaqə saxlayaraq və yaxud qurumun rəsmi saytına daxil olaraq məlumatın düzgünlüyündən əmin olmaq məsləhət görülür", - məlumatda deyilir.

Nazirlik vurğulayır ki, həmçinin bu kimi hallarla qarşılaşdıqda vətəndaşlardan “1654” qaynar xətti, www.cert.az saytı və ya reports@cert.az e-poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermək xahiş olunur.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR