Son Xəbər: Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib,

“İran Ermənistan və Azərbaycanda yad qüvvələrin olmasına qarşıdır” - İran xarici işlər naziri

“İran Ermənistan və Azərbaycanda yad qüvvələrin olmasına qarşıdır” - İran xarici işlər naziri

Tarix: 20-10-2022, 20:54



“İran Ermənistan və Azərbaycanda yad qüvvələrin olmasına qarşıdır”

Bunu İran xarici işlər naziri  Hüseyn Əmir-Abdullahian Ermənistanla uzunmüddətli əməkdaşlıq xəritəsinin hazırlandığı və sənədinin imzalandığını bildirərkən deyib: ”İran İslam Respublikası bu bölgədə, o cümlədən Azərbaycan və Ermənistanda yad qüvvələrin mövcudluğuna qarşı çıxır".


Tehran və İrəvanın bölgədə əməkdaşlıq üçün çoxlu imkanları və həm də ortaq narahatlıqlarının olduğunu bildirən İran rəsmisi əlavə edib: “Biz həll yolları tapmağa və bu səfər zamanı uzunmüddətli perspektiv yolunu müəyyənləşdirməyə çalışırıq. Bundan öncə də erməni həmkarımla bir sıra məsələlərdə razılığa gəlmişik”.

“İstər Azərbaycanda, istərsə də Ermənistanda yad qüvvələrin regionda olmasının əleyhinəyik və bu səfər bir fürsətdir. Hazırkı səfər zamanı strateji məsələləri, birgə regional əməkdaşlığı Ermənistanın yüksək səviyyəli rəsmiləri və həmkarımla müzakirə edəcəyəm”-deyə iranlı nazir qeyd edib.
 





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR